Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan QOVULDU

14.01.2022 - 16:58

Ötən il sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə arvadını güllələyib öldürməsinə görə rəsmi şəxslər cəzalandırılıb.

Arvadı Xanım Məmmədovanın şöbədə olduğu vaxt əri İ.Məmmədovu oraya çağıran Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanovla bağlı qərar verilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə F.Qurbanov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Nazirin digər əmri ilə həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevə şiddətli töhmət verilib.

Qeyd edək ki, İsmayıl Məmmədov şöbədə uşaqları ilə birgə təhqiqatçı Füzuli Qurbanovun otağında gözləyən arvadı Xanım Məmmədovaya xidməti silahından 15 dəfə atəş açaraq qətlə yetirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169483

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031