Paşinyan da “Zəngəzur dəhlizi”nə böyük önəm verir: “Bunu edə bilsək…”

15.01.2022 - 12:49

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Arazdəyən-Horadiz dəmir yolu xəttinin Mehridən keçən hissəsinin bərpası üçün işçi qrup yaradılıb.
İşçi qrup Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzərində işləyəcək və qrupun rəhbəri 3 ayda bir dəfə görülən işlər barədə Paşinyana məlumat verəcək.
10 nəfərdən ibarət işçi qrupuna Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edəcək.
Ermənistan KİV-ləri Paşinyanın dünənki qərarına da birmənalı yanaşmayıb. Müxalifət isə onu Azərbaycanın “Zəngəzur dəhlizi” ilə bağlı tələbinə əməl etməkdə suçlayıb.

Xatırladaq ki, Paşinyan dekabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Ermənistanın Zəngəzur bölgəsindən keçməklə Azərbaycandan Naxçıvana dəmir yolunun çəkilməsinə dair razılaşmanın təsdiqləndiyini bildirib.

 

“Brüsseldə keçirilən görüşdə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiqlədik. Bu razılıq Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi komissiyası çərçivəsində əldə olunub. Bu razılaşma Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə keçirilən görüşdə müəyyən edilib və Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə təsdiqlənib”, – Paşinyan hökumətin iclasında deyib.

 

O qeyd edib ki, dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcək, Ermənistan bu dəmir yolu vasitəsilə İran və Rusiyaya, Azərbaycandan isə Naxçıvana çıxış əldə edəcək.

 

“Türkiyə ilə effektiv dialoq qura bilsək, sərhəd və kommunikasiyaların açılmasına nail olsaq, bu layihə böyük əhəmiyyət kəsb edə bilər”, – Paşinyan bildirib.

 

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi regionda iqtisadi, investisiya və siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169508

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031