Polisdən qanunsuz parklanma ilə bağlı XƏBƏRDARLIQ

24.01.2022 - 16:32

“Paytaxt ərazisində qeyd olunan istiqamətdə dayanma -durma qaydaları, yol hərəkət istiqamətində qanunsuz parklanma yerləri ilə bağlı tədbirlər davam edir”.

 

Bunu  açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

 

Onun sözlərinə görə, paytaxt ərazisində dayanma-durma tələblərinin pozulması, qanunsuz parklanma yerlərinin yolun hərəkət istiqamətində təşkil olunması, eləcə də qanunsuz parklanma fəaliyyətini həyata keçirən şəxslərə qarşı Bakı şəhər Baş Polis İdarəsinin ərazi polis idarələrinin, eləcə də Dövlət Yol Polisi tərəfindən müvafiq tədbirlər kompleks şəkildə həayata keçirilməkdədir:

 

“Nəzarət-profilaktik qaydada aparılan tədbirlər çərçivəsində bir daha bu fəaliyyəti həyata keçirən vətəndaşlara, hüquqi və fiziki şəxslərə xəbərdarlıq edərək bildiririk ki, “Yol hərəkəti haqqında” Qanun, eləcə də digər normativ hüquqi aktların tələbləri çərçivəsində müvafiq addımların həyata keçirilməsini nəzarə alıb, qanunsuz fəaliyyətdən çəkinsinlər”.

 

A.Əsgərli bildirib ki, yolların hərəkət istiqamətlərinin zəbt olunması digər vətəndaşların haqlı narazılıq və narahatlığını doğuran səbəblər yaradır və bunun da qarşısının alınması üçün polis tərəfindən lazımi addımlar atılmaqdadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169745

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031