Şəkidə baş həkimin maşını YANDIRILDI

27.01.2022 - 11:26

Şəkidə avtomobili yandırılan şəxsin Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi olduğu məlum olub.

Ötən gün Şəki rayon sakini Əhmədov Murad Vaqif Oğlu rayonun İsmayıl Osmanlı küçəsi 11 ünvanında Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Əsədullayev Akif Fəxrəddin oğluna məxsus “Nissan” markalı 90-KM-040 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə benzin tökərək yandırıb.

 

Faktla bağlı Şəki rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci ( qəsdən əmlakı məhv etmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Qeyd edək ki, dünən günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169788

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930