İçərisində 63 min manat olan seyf OĞURLANDI – VİDEO

31.01.2022 - 15:52

Nərimanov rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək yavarın 24-də naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından  içərisində 63 min manat olan seyfin oğurlandığını bildirib.

 

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, dərhal hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

 

Nərimanov Rayon Polis İdarəsinin və 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Əliəkbərov saxlanılıblar.

 

Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi Burxan Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə Burxan Əliyevin evinə apararaq orada sındırıblar.

Qeyd edək ki,  saxlanılan şəxslərin etdikləri oğurluq  təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169851

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930