Putindən gözlənilməz addım – Prezident postunu ona həvalə edir

02.05.2022 - 14:44

Ukraynada müharibə sürətlə davam edərkən Rusiya prezidenti ilə bağlı diqqətləri cəlb edən iddia irəli sürülüb.

Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən Putin əməliyyata hazırlaşır. Rusiya lideri əməliyyatla əlaqədar bir müddət idarəçilikdən kənarda qalacaq.

Müharibə şəraitində Putinin öz kreslosunu kimə verəcəyi sual doğurur.

İddialara əsasən, Putin əməliyyatda olarkən prezident kreslosunu 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşevə həvalə etməyi düşünür.

Rusiya dövlətinin mühüm qolu olan Federal Təhlükəsizlik Xidmətinə (FSB) rəhbərlik edən Patruşev bürokratiyada çox güclü bir fiqur kimi seçilir.

Britaniya mətbuatının yazdığına görə, Patruşev Putini əvəz edə biləcək 4 nəfərdən biridir.

Kremldəki mənbələr isə Putinin mayın 9-dan əvvəl əməliyyat olunmayacağını bildirir. Çünki Qərbə əsaslanan kəşfiyyat məlumatlarına görə, Putin mayın 9-na kimi Ukraynada qələbə qazanaraq, bunu Rusiya xalqına elan etmək niyyətindədir.

Britaniya mətbuatında yer alan digər xəbərə əsasən, mövcud şərait Putini istefaya məcbur edərsə, onun yerinə ən güclü namizəd Mixail Mişustindir. Hazırda Rusiyanın Baş naziri olan Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir.

Digər namizədlər arasında paytaxt Moskvanın meri Sergey Sobyaninin də adı yer alır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174382

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930