Əlilliyin təyini qaydaları dəyişəcək – VİDEO

07.05.2022 - 16:36

 

Bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əlillik dərəcəsinin təyini qaydaları dəyişdirilir. Yeni qaydalar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş sərəncama əsasən həyata keçiriləcək.

Cumhuriyyet.az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib ki, yeni qaydalara əsasən, diaqnozla yanaşı, əlilliyi təyin edilən şəxsin həyat fəaliyyətinin 7 əsas müxtəlif kriteriyalarının pozulma dərəcələri də qiymətləndiriləcək.

Yeni qaydalar Vətən müharibəsi əlillərinin də əlillik dərəcəsinin təyinatında keçərli olacaq. Yeni qaydaların bu vaxta kimi əvvəlki qaydalarla əlillik dərəcəsi alan şəxslərə şamil edilib-edilməyəcəyinə gəlincə, İlkin Yusifov deyib ki, bu qayda həmin şəxslərə əlillik müddəti başa çatanda şamil ediləcək.

İlkin Yusifov onu da qeyd edib ki, 2021 ci il ərzində ümumilikdə 61 min 847 nəfərə əlillik təyin edilib. Bu ilin 1-ci rübündə isə əlillik təyin ounan şəxslərin sayı 6955 nəfər olub.

Postmüharibə dövründən indiyə kimi isə 2867 Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174696

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930