Rusiya Ukraynanın Aİ-yə də qoşulmasını İSTƏMİR
Kiyevin Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi ilə bağlı Rusiyanın mövqeyi dəyişib.
Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski deyib.
O qeyd edib ki, Rusiya Ukraynanın bu təşkilata üzv olmasına da qarşıdır.
“İndi bizim bu məsələ ilə bağlı mövqeyimiz Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyimiz ilə oxşardır”, – deyə Polyanski bildirib.
Xatırladaq ki, Rusiya Ukraynanın hərbi ittifaqlara qoşulmamasını tələb edir. Rəsmi Moskva bir neçə dəfə Kiyevin Avropa İttifaqına qoşulmasına mənfi yanaşmadığını ifadə edib.
Short URL: https://www.cumhuriyyet.net/?p=174912