Azərbaycan və Türkiyə arasında təhlükəsizliklə bağlı memorandum İMZALANDI

13.05.2022 - 13:41

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidmətindən Cumhuriyyet.az-a bildirilib ki, görüşdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

Söhbət zamanı qonaqları səmimiyyətlə salamlayan Ramil Usubov dost və qardaş ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, bu münasibətlərin regionda və bütövlükdə dünyada sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq və dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfə verdiyi xüsusilə vurğulanıb. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin bu gün hər iki ölkənin prezidentlərinin liderlikləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəldiyi qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, 2022-ci il aprelin 6-da Brüsseldə əldə edilən razılaşmaların icrası ilə bağlı məsələlər barədə məlumat verərək, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb.

Səmimi və xoş sözlərə görə təşəkkürünü ifadə edən Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu iki qardaş ölkə arasında əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib, bu səfərin də təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı da iştirak edib.

Görüşün sonunda “Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidməti və Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi arasında Anlaşma Memorandumu” imzalanıb.

Bunda əlavə, S.Hacımüftüoğlunun Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ilə də görüşləri keçirilib.

Səfər çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı, Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174919

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031