Putinin 2 il ömrü qalıb – Həkimdən ŞOK İDDİA

30.05.2022 - 18:26

Rusiya Prezidenti Vladimir Putinə xərçəng xəstəliyi diaqnozu qoyulub.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Mirror” qəzeti Pentaqonun məxfi məlumatlarına istinadən yazıb.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan rəsmisi qəzetlə əlaqə saxlayaraq, məlumatın doğru olduğunu təsdiqləyib.

 

Məlumata görə, Putin xərçəng xəstəliyinin ağır formasından əziyyət çəkir. Hətta iddialara əsasən, həkimlər Rusiya liderinin yaxın ətrafına onun maksimum 2-3 il ömrünün qaldığını bildiriblər.

 

Son vaxtlar Putinin şiddətli baş ağrılarından əziyyət çəkdiyi, görmə qabiliyyətinin zəiflədiyi deyilir. Lakin o xəstəliyini büruzə verməmək üçün eynəkdən imtina edib.

 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün yerli mediaya açıqlamasında Putinin səhhətinin pisləşməsi barədə xəbərləri təkzib edib.

 

“Siz onu ekranlarda izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan adamlar bu insanda hansısa xəstəlik və ya onun əlamətlərini görə bilsinlər. Bunlar şayiədir”, – deyə Lavrov vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175916

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930