“Uşaqpulu məsələsini qaldırırıq, nazirlik deyir, mümkün deyil” – Deputat

20.06.2022 - 13:15

“Azərbaycandakı daxili vəziyyəti, inflyasiyanın artacağını bilirik”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, inflyasiya ilə mübarizə tədbirləri hökumət tərəfindən ciddi işlənməlidir. Xüsusilə süni qiymət artımının qarşısı mütləq alınmalıdır:

“Sosial müdafiə ilə bağlı ciddi şikayətlər var. İndiyə qədər qazilərin məsələsini həll edə bilməmişik. 11-12 min qazi var, onların problemlərini həll etməkdə nə problem var ki? Maliyyə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin problemi yoxdur. Biri özünü yandırır, intihar edir, biri nazirliyə hücum edir, etirazlarını bildirirlər və s. Əmək və əhalinin sosial müdafiəsi naziri onlarla bir görüş keçirib, söhbət edə bilər”.

Deputat, həmçinin vurğulayıb ki, bölgələrdə sahibkarlığın inkişafına 1 milyon manat əlavə vəsait artırılır. Amma bunun əhaliyə çatmasında, xərclənməsində ciddi problemlər var. Onun sözlərinə görə, vəsaiti icra başçılarının mənimsəməsinə yol vermək olmaz:

“Monitorinq keçirmək lazımdır ki, həmin vəsaitin insanlara çatması təmin edilsin. Biz Milli Məclisdə uşaqpulu, pensiyalar, qazilərin problemləri və digər məsələləri qaldırırıq, nazirlik deyir, mümkün deyil. Bu necə ola bilər?”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deputatın müraciətinə cavabında qeyd edib ki, qazilərlə iş əsas məsələdir:

“Bunun tənzimlənməsi hər birimizin işidir. Mən ona görə deputatlarımızdan da xahiş edirəm, hər bir müraciətə baxılsın, məsələ qaldırılsın”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177125

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930