İrəvan Azərbaycandan vətəndaşlıq istəyən ermənilərə cinayət işi açdı

12.08.2022 - 17:51

Ermənistanın iki vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxslərdən biri əvvəllər Gürcüstana qaçaraq Azərbaycandan, ikincisi isə Türkiyədən sığınacaq istəyib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Ermənistan vətəndaşı V.Q. hələ 2017-ci ildə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa başlayıb.

“Bu ilin iyununda həmin şəxs Baqrataşen keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə adlayıb və avqustun əvvəlində videomüraciət yayaraq, Ermənistan vətəndaşlığından imtina etdiyini, Azərbaycan vətəndaşlığına daxil olmaq istədiyini bildirib” .

Ermənistanın Baş Prokurorluğu analoji hadisənin digər ölkə vətəndaşı İ.V.-nin iştirakı ilə də baş verdiyini bəyan edib.

“O, Türkiyədə – İstanbulda yaşayıb və xarici kəşfiyyata cəlb olunub. Həmin şəxs vaxtaşırı sosial şəbəkələrdə ermənilər əleyhinə açıqlamalar verib, Azərbaycan hakimiyyətini, onların siyasətini tərifləyib, Ermənistanı və onun 44 günlük müharibədə fəaliyyətini tənqid edib”.

Qeyd edilib ki, İ.V. də Azərbaycan vətəndaşlığını istəyib və xankəndidə, lakin Azərbaycanın yurisdiksiyasında məskunlaşmaq istədiyini deyib.

Hər iki epizod üzrə Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işi açılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180568

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031