“Rusiya bizə pulsuz silahlar verib” – Akopyan

30.09.2022 - 11:31

“Rusiya əvvəllər bizə yaxşı silahlar satıb, hətta pulsuz silahlar da verib”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan bildirib.

“Rusiya hər zaman Ermənistana dəstəyini göstərib. Hətta bizə silah satmaqla bərabər, yaxşı silahları pulsuz verib. Paşinyan düz danışmalıdır, o hər şeyi yaxşı bilir. Bu məsələləri silah alandan soruşmaq lazımdır. Başqa ölkələr də güvəndikləri şəxslərə silah satırlar, Nikol Paşinyan bu barədə düşünməlidir. Həmin dövlətlər artıq Ermənistana etibar etmirlər”,- deyə o bildirib.

Qeyd edək ki, Nikol Paşinyan hökumətin iclasında bildirib ki, “Azərbaycan müxtəlif ölkələrin, hətta müttəfiqimizin Ermənistana silah verməsinin qarşısını almağa çalışır”.

“Onlar Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar. Bizdə belə hallar var ki, silah üçün 100 milyon dollar ödənilib, lakin Ermənistana tədarük etmirlər”, – Paşinyan bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182933

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930