Şuşa ilə bağlı sayt yaradıldı

15.12.2022 - 18:11

Şuşa Dövlət Musiqili Dram Teatrında “Şuşa ili” müsabiqəsi çərçivəsində “Şuşanın virtual təbliği” layihəsi həyata keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, layihə çərçivəsində musiqişünas, araşdırmaçı alim Firidun Şuşinskinin “Şuşa” kitabı əsasında “Söhbət Şuşadan gedir”, “Bülbülün ev muzeyi” və “Duyğuların palitrası” adlı sənədli filmləri çəkilib.

Eyni zamanda shushainfo.com saytı yaradılıb. Saytda Şuşa şəhərinin tarixi, tarixi-mədəniyyət abidələri, eksponatları, Şuşa rayonunda yazıb-yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə şəhərdə yaşayış və qeyri-yaşayış binalarına, eləcə də təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra şəhərin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdirilib.

Qeyd edək ki, sənədli filmlərin rejissoru Vüqar Əlisoy, saytın proqramçısı isə Xaqan Məhərrəmovdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186468

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930