Bakı və İrəvan arasında toqquşma: iki mümkün variant…

06.01.2023 - 13:07

Beynəlxalq ekspertlər bu il Azərbaycan və Ermənistan arasında hərbi eskalasiyanın baş vermə riskini yüksək qiymətləndirir: sülh müqaviləsi ətrafındakı fikir ayrılığı, 44 günlük müharibədən sonra bölgədə yaranmış situasiyanın dəyişdirilməsi cəhdləri bu gözləntiləri artırır.

Mümkün eskalasiyanın hansı ssenarilər üzrə baş verə biləcəyi maraqlıdır.

Birinci ssenari: Ermənistan sərhəd boyunca təxribatlara başlayır;

Paşinyan hakimiyyəti sentyabr döyüşlərindən sonra Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərin yenidən ələ keçirilməsi, yaxud hansısa istiqamətdə müəyyən irəliləyişlə danışıqlar masasında əlini gücləndirmək, xüsusilə bundan sərhədin delimitasiyası prosesində istifadə etmək istəyə bilər. Hərçənd, yeni macərada hərbi baxımdan heç nə qazanmasa belə, eskalasiyanın yaşanması siyasi baxımdan İrəvana sərfəlidir:

– Üçtərəfli razılaşmalar üzrə götürdüyü öhdəliklərdən qaçmaq “bəhanəsi” əldə edir;

– Müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, ən pis halda prosesi uzadır, ən yaxşı halda yeni danışıqlar masası qurulur;

– İrəvan KTMT-dən dəstək tələbini aktuallaşdırır, buna paralel olaraq, antirusiya siyasəti üçün əsaslar əldə edir, Rusiya qarşısında bölgəyə Qərb qüvvələrinin gətirilməsi kartından istifadə edir; beləliklə, həm Qərb, həm Rusiya qarşısında qiymətini artırmaq manevrləri etmək imkanı qazanır.

İkinci ssenari: Azərbaycan öhdəliklərini yerinə yetirməyən Ermənistanın təxribatlarına hərbi müstəvidə adekvat cavab verir;

Əsas gözlənti Zəngəzur dəhlizinin açılması istiqamətindədir, hərçənd, Qərbin “dəhliz məntiqinə” qarşı olması fonunda belə bir addımın beynəlxalq müstəvidə yarada biləcəyi reaksiyanı hesablamaq çətin olduğu üçün Bakı İrəvana qarşı fərqli istiqamətlərdə addım ata bilər: bunun Qazaxın 7 kəndi və Kərki kəndi ilə bağlı olması ehtimalı var; Bakı bu kəndləri sərhədin delimitasiyası prosesinə daxil edilməsinə nail olub, lakin İrəvanın son açıqlamaları məsələnin danışıqlar masasında həlli imkanlarını azaldır.

Azərbaycan-Ermənistan arasında mümkün eskalasiya ilə yanaşı, Bakının erməni qoşunların Qarabağdan çıxarılması öhdəliyinin icrası istiqamətində də praktiki addım ata biləcəyi gözləntisi son günlər daha da artır. Lakin bu istiqamətdə mümkün addımlar artıq Azərbaycanın daxili məsələsidir.(axar.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=187094

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728