Bakı və İrəvan nələri razılaşdırıb: Avqustun 15-də nə baş verəcək?

25.05.2024 - 11:25

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti Qazaxın işğal altında olan 4 kəndində xidməti vəzifəsinin icrasına başlayıb. Belə ki, DSX 4 kəndi nəzarətinə götürərərək, orada sərhəddin mühafizəsini həyata keçirməyə start verib.

Tribunainfo.az xəbər verir ki, bu hadisə Ermənistanda bomba effekti yaradıb. Həmin bölgədə yaşayan ermənilər yenə hay-həşir salıblar ki, bəs, guya, Azərbaycan sərhədçiləri olan yerdə yaşamaq mümkün deyil. Guya, bu onların həyatları üçün “təhlükə” yaradır.

Əslində isə durum belədir ki, ermənilər uzun illərdir işğal edərək, istismar etdikləri Azərbaycan torpaqlarından çıxmaq istəmirdilər. Lakin onlar elə erməni polisi tərəfindən lazımi səviyyədə başa salındıqdan sonra geriyə dönüşlərinin olmadıqlarının fərqinə vardılar. Bu gün də Azərbaycana qarşı ittihamlar səsləndirmələri də, köhnə şakərlərindən irəli gələn və azərbaycanlılara qarşı düşmənçilik mərəzinin təzahürləridir.

Tribunainfo.az xəbər verir ki, bu gün DSX-nın 4 kənddə xidmətə başlamasından sonra Ermənistanda daha bir xəbər yayılıb. Həmin xəbərdə isə vurğulanır ki, məsələ 4 kəndlə bitməyəcək. “Hraparak” qəzeti yazır ki, Güney (Kırants) kəndində yaşayan ermənilərə iyunun 24-nə qədər sərhəddə yerləşən evlərini tərk etmək üçün vaxt verilib.

Qəzet yazır ki, məsələn sərhəddə yerləşən 4 kəndlə bitməyəcək. “Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən digər anklav kəndlərin Azərbaycana verilməsi prosesi avqustun 15-dək yekunlaşmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200549

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031