Əbülfəs Qarayev Musiqili Teatrın əməkdaşını mükafatlandırdı

08.11.2018 - 12:40

Azərbaycan Dövlət Musiqili Teatrının xormeyster assistenti, Əməkdar artist Aybəniz Bağırovanın 60 yaşı tamam olub. Teatrın mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə Mədəniyyət naziri cənab Əbülfəs Qarayev Aybəniz Bağırovanı təbrik edib və onu milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə, eləcə də anadan olmasının 60 illiyi münasibətilə mükafatlandırıb.

Aybəniz Bağırova 4 oktyabr 1958-ci ildə anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili Komediya Aktyoru” fakültəsini bitirib.

1986-1997-ci illər ərzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Mahnı və rəqs ansamblında” xor artisti kimi fəaliyyət göstərən Aybəniz Bağırova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti vəzifəsində işləyir. Səs tembri metso-soprano olan Aybəniz Bağırova teatrda işlədiyi müddət ərzində “O olmasın, bu olsun”, “Şən dul qadın”, “Maritsa”, “Talelər qovuşanda”, “Silva”, “Çılğın Qasqoniyalı”, “Bir günlük siğə”, “Aldın payını, çağır dayını”, “Nəğməli könül”, “Dəli dünya”, “Bir saat xəlifəlik”, “Qadınsız yaşamaq olmaz”, “Şeytanın yubileyi” kimi tamaşalarda uğurla iştirak etmişdir.

O, mədəniyyət sahəsində xidmətlərinə görə 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanına, 2016-cı ildə isə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür.

Kollektiv tərəfindən də çox sevilən Aybəniz Bağırovaya Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin bu diqqəti hər kəsə sevinc bəxş edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124441

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930