Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub-FOTO

05.07.2019 - 11:38

Dünən Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi olub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu mövsümü başa çatmaq üzrədir. Bu münasibətlə 4 iyul tarixində teatrda təntənəli mükafatlandırma mərasimi keçirilib.

Qeyd edək ki, kollektivdə xüsusi yaradıcılıq fəaliyyəti ilə seçilən əməkdaşların mövsümün sonunda mükafatlandırılması Musiqili Teatrda artıq ənənəyə çevrilib.

Mərasimin əvvəlində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Akademik Musiqili Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevi “Sənətkar medalı” ilə, yaradıcılıq fəaliyyətləri ilə seçildiklərinə görə teatrın aktyorlarını – Məhərrəm Qurbanov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov “Fəxri fərman”la təltif edib.

Bu dəfə də müxtəlif nominasiyalar üzrə qaliblərə xüsusi prizlər və pul mükafatları verilib:
1. “Teatırın dostu” – Əli Novruzəliyev (“Atv” kanalının əməkdaşı),
2. “Mövsümün ən yaxşı texniki işçisi” – Aynişan Məmmədova (teatrın geyim sexinin müdiri),
3. “Mövsümün ən işgüzar əməkdaşı” – Sücəddin Sadiyev (teatrın baş inzibatçısı),
4. “Mövsümün ən yaxşı uşaq roluna görə” – Rahib Məmmədzadə,
5. “Mövsümün ən yaxşı uşaq roluna görə” – Atilla Məmmədov (adı “Qızıl kitab”a yazılan Prezident təqaüdçüsü),
6. “Mövsümün ən yaxşı uşaq tamaşasında roluna görə” – Zaur Əliyev “Buratino” tamaşasındakı roluna görə,
7. “Mövsümün ən yaxşı musiqiçisi” – Atabəy İsmayılov,
8. “Mövsümün ən yaxşı xor artisti” – Murad Əliyev,
9. “Mövsümün ən yaxşı balet artisti” – Mələkxanım Səfərova,
10. “Mövsümün ən yaxşı assistenti”– Tamilla Aslanova,
11. ”Xariçi ölkədə təmsilinə görə” – Nərgiz Kərimova (Əməkdar artist),
12. “Mövsümün perespektivli aktrisası” – Eleonora Mustafayeva,
13. “Mövsümün perespektivli aktyoru” – İbrahim Əlizadə,
14. “Mövsümün yubileyi” – İlham Namiq Kamal,
(Xalq artisti, “Şöhrət” ordenli, professor)
15. “Mövsümün ən məhsuldar aktyoru ” – Fərid Rzayev,
16. “Mövsümün ən məhsuldar aktrisası” – Gülnarə Əzizova,
17. “Mövsümün sevilən tamaşası” – “Toya bir gün qalmış” Əsgər Əsgərov ( rejissor, Əməkdar incəsənət xadimi),
18. “Mövsümün sevilən aktyoru” (Azərbaycan bölməsi) – Əmrah Dadaşov,
19. “Mövsümün sevilən aktyoru” (Rus bölməsi) – Emil Heydərov,

Mərasimdə həmçinin Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatı da təqdim olunub:

1. “Mövsümün ən yaxşı tamaşası” (rejissor işinə görə) – “Balaca Şahzadə” Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova,

2. “Mövsümün ən yaxşı tamaşası” (rəssam işinə görə) “Balaca Şahzadə”tamaşasının rəssamı Məryəm Ələkbərli

3. “Mövsümün sevilən aktrisası”- “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızı

 

                            

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930