Keçmiş nazir müavini yeni partiyasını yarıçılpaq şəkildə elan etdi – VİDEO

04.07.2020 - 12:15

Ötən il vəzifəsindən azad edilən Ukraynanın keçmiş infrastruktur nazirinin Aleksandra Klitina yeni partiya yaradıb.

Minval.info xəbər verir ki, 37 yaşlı Aleksandra partiyasını Youtube-da çimərlik geyimində paylaşdığı video vasitəsilə elan edib. Onun bu videosu qısa zamanda sosial şəbəkələrdə trend olub.

Klitina videoda bildirib ki, həqiqətlər üçün mübarizə aparağa qərar verib: “Həqiqətlər uğrunda mübarizə aparmağa qərar verdim. Şalvar geyinən axmaqlar xalqa heç nə verməyəcək. Düşünürlər ki, şalvarlarının içindəkilərlə nələrəsə müvəffəq olacaqlar. Elə bilirlər ki, qadınları istismara layiqdirlər. Ancaq qadınlar sizdən yüz qat daha ağıllı və yüz qat daha dürüstdürlər”.

Lakin istifadəçilər şərhlərdə diqqətlərini görüntüyə verdiklərindən, keçmiş nazir müavininin nə dediyini anlamadıqlarını yazıblar.

Qeyd edək ki, Ukraynanın hakim partiyasından olan millət vəkilləri Klintinanın bu vəzifəyə yataq otağından başlayaraq gəldiyini iddia etmişdilər. O, keçən ilin noyabrında infrastruktur naziri Vladislav Kriklini tənqid etdiyi və “Onsuz daha yaxşı iş görərəm” söylədiyi səs yazıları üzə çıxandan sonra istefa vermişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149303

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930