Bir evdə yaşayan qadınlar eyni kişidən üç gün fərqlə uşaq dünyaya gətirdilər – FOTOLAR

04.07.2020 - 12:51

Bir yerdə yaşayan iki qadın üç gün fərqlə eyni kişidən uşaq dünyaya gətiriblər.

Bu barədə “Metro” nəşri xəbər yayıb.

Bildirilir ki, hadisə Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.

32 yaşlı Karina Rinkon və 31 yaşlı Kelli Meza uşaq sahibi olmaq istəyiblər. Ancaq reproduktiv mərkəzlərin xidmətindən yararlanmaq üçün pulları olmayıb. Onlar süni yolla mayalanmanı ev şəraitində həyata keçirmək qərarına gəliblər: sosial şəbəkə vasitəsilə donor tapırlar. Bir gün Rinkon, ertəsi gün isə Meza proseduru həyata keçirib. Gözlənilmədən hər ikisinin hamilə qaldığı məlum olub.

Nəticədə, üç gün fərqlə onların uşaqları anadan olub: Leo və Sofi.

“Bizə deyirdilər ki, bir-birimizi öldürəcəyik: Bir evdə iki hamilə, hormonal fırtına… Əslində isə, bu yolu birlikdə keçmək əla idi”, – deyə, qadınlardan biri etiraf edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149312

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930