Azərbaycanda ət məhsullarına tələbat 25-30 faiz azalıb

23.07.2020 - 13:27

Azərbaycanda koronavirus pandemiyası nəticəsində ət tədarük edən fermerlərin işi zəifləyib.

Musavat.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ət və Ət məhsulları Məmulatları İstehsalçıları Assosiasiyasının sədr müavini Vüqar Xanbəyli deyib.

Onun sözlərinə görə, pandemiya bu sahədə də zəifləməyə səbəb olub: “Bilirsiniz ki, hazırda restoran, kafelər fəaliyyətini dayandırıb. Ona görə də ət məhsullarına tələbat azalıb. Ət məmulatları da əsasən həmin obyektlərə paylanılırdı. Pandemiya ilə əlaqədar həmin obyektlərə satış olmaması bu sahəni zəiflədib. Demək olar ki, ət və ət məmulatlarının satışı 25-30 faiz azalıb”.

Sədr müavini bildirib ki, bununla bağlı ət məmulatları istehsalçıları ilə müzakirələr aparılır, sahibkarların pandemiyadan daha az zərərlə çıxması üçün çıxış yolları axtarılır: “Bununla bağlı onlayn müzakirələr aparmışıq və bu proses davam edir. Hazırda ət emalı müəssisələri əsasən super marketlərlərlə işləyirlər, istehsal etdikləri məhsulları həmin ticarət şəbəkələrinə daşıyırlar. Hər ay bir dəfə bununla bağlı müzakirələr aparırıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=150697

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930