Türkiyədə dincəlmək şərtləri – Məhdudiyyətlər o qədər çoxdur ki…

05.08.2020 - 15:56

Rusiyanın “Gazeta.ru” portalı sərhədlər açılandan sonra Türkiyədə kurortlarda koronavirusa yoluxmaların kəskin artdığını yazıb.

Turistlərin sözlərinə görə, indi istirahət tamamilə başqa cür görünür: onların temperaturunu daim ölçürlər, “İsveç masası”na yaxınlaşmağı yasaqlayırlar və kondisionerləri söndürürlər. Türkiyədə istirahəti seçənlər animatorlar, diskotekalar, SPA haqda düşünməməlidirlər.

Türkiyənin Səhiyyə naziri Fəxrədiin Qoca “Twitter”-də yazıb ki, “uzun müddətdən bəri ilk dəfə olaraq yoluxma sayında ciddi artım görürük”. Nazirin sözlərinə görə, Türkiyə yoluxmaların daha da artmaması üçün əlindən gələni əsirgəmir.

Avqustun 4-də Türkiyədə 1083 yeni yoluxma aşkarlanıb, 18 nəfər vəfat edib, 994 nəfər sağalıb.

Rusiya avqustun 1-dən Türkiyəylə hava əlaqəsini bərpa edib. İlk təyyarələr Ankara və İstanbula uçub. Avqustun 10-dan Antalya, Bodrum və Dalamana reyslər başlanır.

Marmarisə istirahətə getmiş Svetlana Mnişenko qəzetə deyib ki, illərdir Türkiyədə dincəlirlər deyə indiki dönəmi əvvəlki illərlə müqayisə edə bilirlər. Onun sözlərinə görə, artıq yemək vaxtları elə də komfortlu deyil.

“Yeməyi personal paylayır vəəməlli növbələr yaranır”, – o deyib.

Antalyada istirahətə gedənlər dəənənəvi İsveç masasının artıq olmadığını deyib.

“Maska vəəlcək taxmış ofisiantlar hər kəsə porsiyalar paylayır. İstirahət edənlərin sayını nəzərə alsaq, növbələrdə məsafə gözləməkdən söhbət gedə bilməz. Bundan başqa nə qədər yemək istədiyini heç də həmişə anlamırlar. Hələlik, buna öyrəşilməyib, rahat deyil”, – Yelena Salyutseva qəzetə danışıb.

Turistlər bəzi otellərdəəvvəlki illərdən fərqli olaraq yeməkdə rəngarənglik olmadığını deyir, bunu turist sayı ilə bağlayırlar. Məsələn, Kəmərdə dincələn Mariya Lapteva qaldığı oteldə heç 100 nəfər olmadığını söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151753

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930