Çempionlar Liqası: Ən yaxşı oyunçu adına namizədlər müəyyənləşdi

16.08.2020 - 12:30

UEFA Çempionlar Liqasında 1/4 final oyunlarınının yekunları əsasında ən yaxşı oyunçunu müəyyənləşdirmək üçün səsverməyə başlayıb.

“Report”un məlumatına görə, siyahıya 4 futbolçu daxil edilib.

Bunlar Fransa PSJ-sinin hücumçusu Neymar, Almaniya “Leyptsiq”inin müdafiəçisi Dayot Upamekano, “Bavariya”nın forvardı Tomas Müller və “Lion”un ön xətt oyunçusu Mussa Dembeledir.

Neymar İtaliya “Atalanta”sı ilə görüşün (2:1) ən yaxşısı sayılıb. Upamekanonun çıxışı sayəsində komandası İspaniya “Atletiko”su ilə qarşılaşmada (2:1) yarımfinala vəsiqəni təmin edib. Müller İspaniya “Barselona”sı (8:2), Dembele isə İngiltərə “Mançester Siti”si (3:1) ilə qarşılaşmada dubl edib.

Qeyd edək ki, yarımfinalda “Leyptsiq” – PSJ və “Lion” – “Bavariya” görüşləri keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152365

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930