Gözlər Venesiyada: azərbaycanlı gənc rejissor nəhənglərlə yarışda – Ayaz Salayev danışır…

12.09.2020 - 16:12

Sosial medianın Azərbaycan seqmenti gənc və istedadlı rejissor Hilal Baydarovdan fəxrlə danışır.

Azərbaycan ictimaiyyəti buna qədər onu elə də yaxşı tanımırdı, uzaqbaşı kinoşünaslar, tənqidçilər gənc rejissorun işləri ilə tanış idilər.

Musavat.com-un verdiyi xəbərə görə, indisə Baydarov tarixi bir uğura imza atmaqla yeddidən yetmişə hər kəsin diqqətini cəlb edib.

Onun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya beynəlxalq film festivalının “Qızıl Şir” mükafatına iddialıdır və bu, tənəzzül etməkdə olan Azərbaycan kino sənəti adına kifayət qədər ciddi hadisədir.

Azərbaycan filminin yaradıcı heyəti 77-ci Venesiya Film Festivalının  qırmızı xalçasında - FOTO

H.Baydarov kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi 2018-ci ildə – yayımlanan “Adsız Yüksəkliklər” olub. Filmin premyerası “Monreal” film festivalında olub.

Eyni ildə Sarayevo film festivalında rejissorun “Ad günü filmi” nümayiş olunub və “Docu Talent” mükafatını qazanıb.

Bu günlərdə isə kinosevərlərin gözləri Venesiyadadır, Baydarovdan Azərbaycan filmi adına tarix yazması istənilir.

Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi iranlı nəhəng rejissor Məcid Məcidi, yapon usta rejissor Kiyoşi Kurosava və digərləri ilə yarışacaq.
Ümumilikdə festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib. Azərbaycan kino tarixində ilk dəfədir ki, A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alır.

hacı on Twitter: "Venesiya Film Festivalı və Azərbaycan kinosu Dünən Hilal  Baydarovun "Səpələnmiş Ölümlər Arasında" filmi Venesiyada əsas yarışmaya  seçildiyi açıqlandı. Bəziləri uğurun böyüklüyünü bilsə də, çox adam bundan  xəbərsizdir. İstəyirəm məhz

Ümumdünya kinofestivallarında müstəqil Azərbaycana ilk Qran-Pri qazandırmış rejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev Musavat.com-a bildirdi ki, Azərbaycan kinosunun bu festivalda iştirakı uğurdur. Onun sözlərinə görə sadəcə, filmə baxıb qiymət vermək lazımdır.

A.Salayev qeyd etdi ki, Azərbaycan filmləri bundan əvvəl də dünya festivallarında olub: “Mən razılaşmıram ki, ilk dəfə Venesiyada birinci dərəcəli festivalda iştirak edirik.

Erotik filmlərin mənəviyyatsızlığa heç bir aidiyyatı yoxdur" - Ayaz Salayev  - son xeberler

Ayaz Salayev

Bizim filmlər Berlində, Venesiyada iştirak edib. İlk dəfə Vaqif Mustafayevin filmi Moskvada keçirilən A dərəcəli festivalda nümayiş olunub.

Sonra rejissor Şamil Əliyevin “Çölçü” filmi Tallində və Qahirədə olub. Elçin Musaoğlunun “Nabat” filmi əsas dərəcədə olmayıb, amma Venesiyada olub”.

Kinorejissor hesab edir ki, o film nümayiş olunduqdan ondan ətraflı danışmaq olar: “Bu hadisəyə Azərbaycan kinosu tarixində dönüş mərhələsi kimi yanaşmağa səbəb yoxdur. Amma bu festivalda iştirak kinomuz adına uğurdur”.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser Fehruz Şamıyevin fikrincə, bu hadisə Azərbaycan kinosunun beynəlxalq müstəvidə müsbət imic qazanması üçün önəmli uğurdur.

Orxan Fikrətoğlu “İstintaq”a cəlb edilib

Orxan Fikrətoğlu

Ssenarist, rejissor Orxan Fikrətoğlu sosial şəbəkə hesabında yazıb ki, Baydarov kimi adamlar Azərbaycanda dəbi dəyişirlər:

“Sən və sənin kimi müstəqil düşünə bilənlər Azərbaycanı dünyada tamam başqa müstəvidə tanıdacaqlar. Səninlə fəxr edirik”.

Qeyd edək ki, “Səpələnmiş ölümlər arasında” filmində Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur.

Sentyabrın 2-də başlayan festivalın “Qızıl Şir” mükafatı sentyabrın 12-də, yəni bu gün öz sahibinə təqdim olunacaq.

Emil Salamoğlu
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154098

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930