Sarsıdıcı boykot

28.10.2020 - 10:30

Yaxud indi Kərəmə kimi alaq

Düşünürəm ki, Türkiyəni çox ağır günlər gözləyir. Nəyə görə? Çün, bu həftə Ermənistan türk mallarını boykot etmək qərarı çıxarmışdır. Deyir Türkiyə Azərbaycana davada dəstək verir, o səbəbdən biz daha üzərində “türk malı” yazılan şeyləri almayacağıq. Bah-bah. Hətta ermənicə ax-vax… Gəlin biz Ermənistanın yerinə də Türkiyə mallarını alaq, qardaş ölkə batmasın. Yoxsa bu dəhşətli qərardır. Hətta xarici işlər naziri Mövlud bəy bu qara xəbəri Rəcəb Tayyib Ərdoğana çatdırmaq məsuliyyətindən imtina eləyibdir. Ana müxalifət lideri Kamal Kılıcdaroğlu isə Türkiyə hökumətini istefa verməyə çağırıbdır ki, ayə, nə üçün dövləti bu hala gətirdiniz, erməniləri mallarımıza yağı gözüylə baxmağa vadar elədiniz? Nazim Hikmətin “Bəylər, bu vatana nasıl kıydınız” şeirindən bəzi misraları da oxuyubdur ki, istefa tələbinin emosional qatı güclənsin.

Zarafat bir yana qalsın, Ermənistan doğrudan da dövlət adına çox karikatur bir şey olmağını sübut eləməkdən yorulmur. Bunun sərhədini rus qoruyur, dəmiryolu, telefon şirkətləri, elektrik enerjisi, ümumən bütün iqtisadiyyatı rusların əlindədir, ancaq qonum-qonşuya kəllə atırlar. Sən türk malını cəhənnəmə al, bundan Türkiyə ekonomikasına nə olacaq ki? Türkiyə iqtisadi güc baxımından dünyanın ilk 20-liyinə girir. Adambaşına ÜDM istehsalında dünyada 13-cü dövlətdir. İllik ixracı 170 milyard dollara yaxındır. Ermənistanın illik ixracı isə 2 milyard yarımdır. Türkiyənin təkcə fındıqdan illik gəliri 1 milyard yarım dollara çatır, yəni Türkiyənin yanında Ermənistan iqtisadiyyatı fındıq boyda bir şeydir. İndi türk malı almırsan, cəhənnəmə al. Bundan özünüz ziyana düşərsiniz, çünki türk qida məhsulları, türk tekstili həm dünyada, həm Qafqaz regionunda əsas bazar komponentlərindəndir. O cümlədən Azərbaycan mallarını da ermənilər Gürcüstan bazarlarından alıb aparmağa məcbur idilər, çünki dağlıq-daşlıq Ermənistanın çay, bitki yağları, tərəvəz məhsulları yetişdirmək imkanları yoxa bərabərdir. Gürcüstanın özünün min dənə problemi var, yardım əli uzatması çətindir, bir az İrana ümid edirlər, ancaq deyəsən, İran da daha Ermənistan kimi xain dövlətə kömək etməkdən bezibdir. Bunlar yeməyi iranlılardan, hərbi gücü ruslardan alıb, qucaqlarını isə Sorosa açan toplumdur. Artıq hər kəsin yanında etibarı itiriblər.

Halbuki bir az ağıl olsa ən yaxın müttəfiqlik və dostluğu Türkiyə, Azərbaycanla etməliydilər. 100 il qabaq Rus çarlığına güvənib, ruslara maşa olub dərə-təpəyə düşüblər, hələ də ağıllanmırlar. Bir az fantastik görünsə də, belə mənzərə düşünün: Azərbaycan, Ermənistan, Türkiyə bir araya gəlir, separatçılıqdan əl çəkilir, sərhədlər açılır, hərtərəfli əlaqələr qurulur. Guya Dağlıq Qarabağda donuz otaran Vartan üçün dünənə qədər çox əhəmiyyəti vardımı onun başı üstdə hansı rəngdə bayraq dalğalanır? Yox idi. Bir sürü Balayan-Kaputikyan kimi xəstə erməni “ziyalıları” millətin başını xarab elədi, çöllərə saldı. Həm özlərini zibilə saldılar, həm bizi. Müharibənin heç kimə xeyri yoxdur. 27 ildə xaraba qoyulan o kəndlərin, şəhərlərin ziyanını Ermənistan və Rusiya, Fransa kimi onun beynəlxalq havadarları ödəməlidir. Bizim hökumət bir ara Strasburqda Kafedral kilsəni, Parisdə Versal sarayını remont eləmək üçün fransız hökumətinə pul verirdi. İndi, bir zəhmət, Makronun canı çıxsın mənim Füzulidə daşı-daş üstdə qalmayan evimi tiksin. Zəngilanda içində donuz saxlanan kilsəni təmir etsin.

Bayaq sadə erməni xalqının günahsız olduğunu yazdım, yadıma bir əhvalat düşdü. Füzuli rayonunun  görkəmli xanəndələrindən biri Ağabala Abdullayev olub. Zabul-Segah muğamını xüsusən yaxşı oxuduğu üçün adına bəzən Zabul Ağabala deyirmişlər. O, Füzuli Dram Teatrının səhnəyə qoyduğu, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasında Kərəmin atası rolunu oynayırmış. Bir gün teatr bu tamaşa ilə Dağlıq Qarabağın hansısa kəndinə qastrola gedir. Ağabala Abdullayev öz rolunu elə ustalıqla, təbii oynayır ki, tamaşanın gedişi zamanı salondakı erməni kəndlilərdən biri dözmür, durur çıxır səhnəyə, ona deyir: “Ara, sən bu keşiş kopoyoğluna yalvarma, qızını vermir, cəhənnəmə versin, gedək bizə, üç dənə qızım var, hamısı qurbandır Kərəmə, hansını istəsən toy eləyək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156685

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930