Cantaraq milyonçunun Qarabağ səfəri

28.10.2020 - 10:34

Bu günlər yerli media ilə yanaşı, məcburən Ermənistan mətbuatını da izləməli oluruq. Vacibdir, baxaq, görək, nə yazırlar, nə düşünürlər, ağ bayraq qaldırırlarmı? Bizim kəndin camaatı demişkən, onsuz da alabaydaq olublar.

Hər dəfə hansısa erməni saytına daxil olanda adamın qarşısına ilk olaraq sur-suyumundan “Zita və Gita” filmində Zitanın (ya da Gitanın) nişanlısı rolunu oynayan hind aktyoru Dxarmendraya oxşayan Arsrun Ovannesyanın (Ermənistan ordusunun sözçüsü) şəkli və açıqlamaları çıxır.

Baxarsınız, axırda ermənilər onun adını “mister Bayquş” qoyacaqlar. Ona görə ki, indiyədək 10-15 dəfə sınamışıq, “Dxarmendra” nə vaxt “rəşadətli erməni əsgərləri”nin hansı şəhər və mövqe uğrunda şiddətli döyüşə girdiklərini deyibsə, ertəsi gün əsgərlərimiz orada bayraq qaldırıblar. Hansı kəndi, şəhəri almış olmağımızın “tvit”i Arsrundadır, onun açıqlamalarını izləməklə hansı məkana girmək üzrə olduğumuzu bilmək olur.

İntəhası, Arsrunun bir minusu var: çox dirəşir. Olur ki, bizimkilər bir şəhəri alırlar, içində fotosessiya edir, videoklip çəkdirirlər, amma Arsrun deyir, elə şey yoxdur, o şəhər bizdədir. Bizim əsgər də ta ona baş qoşmur, gedib başqa yerləri alır.

Bu ilin mayında təşər-təşər Şuşada and içən, hazırda isə qorxusundan uşaq bağçalarında (bilir ki, oranı vurmayacağıq) toplantı keçirən Araik Arutyunyan isə, pis çıxmasın, başqa cür ibnədir, hər gün kimlərəsə “Artsax qəhrəmanı” adı verir. Paşinyan zabitlərin rütbəsini qaldırır, Araik də orden-medal paylayır.

Söhbətdə məntiq yoxdur, 5 rayonu bizimkilər alıbsa, sizinkilər də məğlub olub, geri çəkiliblər, bu nə rütbə-medal paylamaqdır? Nə igidlik ediblər ki? Bu qədər qəhrəmanınız varsa, ta niyə geri gedirsiniz, böyük dövlətlərə niyə yalvarırsınız? Siz ki şücaətli Sasunlu Davidin züryətisiniz, böyük dövlətlərin rəhbərlərinə yalvarmaq sizə yaraşarmı?

Erməni mediasında ən çox gözə dəyənlərdən biri də Şuşan Stepanyandır. Allah adamın üstünə od tökər, Şuşan pozitiv axçikdir. Daima ağlamsınmış kimi görünən “Dxarmendra”dan fərqli olaraq, o, eyzən gülümsəyir. Hansı gününə gülür, bilmək çətindir, amma Şuşan da “düşmənə sarsıdıcı zərbələr vurmaq” üzrə ixtisaslaşıb. Zalım qızı qırrıya-qırrıya gedir. “Sarsilmiş ordu” isə artıq Laçına girib.

Yeri gəlmişkən, ermənilər bizim “vurulmuş hərbi texnikamız”ın siyasına kamikadze-dronlarımızı da salıb babat rəqəm düzəldiblər. Bir ağıllı adam çıxmır, onlara desin ki, kamikadze-dronları hesaba almayın, onların missiyası sizin tanka-topa çırpılmaqdan ibarətdir.

Təbii ki, erməni mediasında müharibə mövzusu, oxumuş adamlar demişkən, prioritetdir və demək olar ki, əksəriyyət bu barədə rəy bildirir, təklif irəli sürür. Ancaq bir pis iş var ki, hamısı “qan-qan”, “qisas-qisas” deyir, hamı “toparlanmaq”dan, “səfərbər olunmaq”dan, “gücü bir yerə qoymaq”dan danışır. Toplaşırlar, iclas keçirirlər, dünya birliyinə müraciət edirlər, sonra dağılışırlar. Sərhədə isə Paşinyanın həyət-baca yoldaşı Anna Akopyan və daha 12 qadın gəlir.

Hə, bir də təzəcə türmədən buraxılan Qagik Sarukyan öz dəstəsi ilə gəlib vuruşmaq fikrindədir. Sarukyan özü cantaraq, kəlpeysər adamdır, gendən baxanda medallı güləşçiyə oxşayır, amma bu, Dmitri Donskoyun vaxtı deyil ki, qarşı duran orduların hərəsindən bir bahadır çıxa, təkbətək süpürləşələr. Hələ onu da bilmək olmaz, tatamiyə çıxan o qədər cantaraq oğlanları parter vəziyyətinə salıb, şəlpəyə döndəriblər ki. Üstəlik, dron uğuldayıb havaya qalxanda baxmır ki, səngərdə başını gizlədən adam opera solistidir, yoxsa uğurlu iş adamıdır.

O vaxt Koroğlu əbəs yerə deməmişdi ki, tüfəng çıxdı, mərdlik getdi. Əlbəttə ki, Koroğlu yeni növ müharibələri qəbul edə bilmirdi. İndi isə ermənilər özləri 5-ci növ müharibədən danışırlar.

Yəqin ermənilərin 100 ildən bəri tətbiq etdiyi, terror aktlarıyla (səfir, nazir, konsul öldürmək, təyyarə, avtobus, metro partlatmaq) apardıqları müharibə 4 ilə 5-in arasındakı növdəndir.

Son günlər isə erməni mediasında ən çox işlənən ifadə “genosid”dir. Sanki kimsə bunların kökünü kəsmək istəyir. Adama deyərlər, a kökü kəsilmişlər, belə bir təhlükə varsa, nə dirəşirsiniz, Qorqandan çıxıb gedin də, İrəvandan 300 kilometr aralıdadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156689

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930