İtiqovan. Min il sonra

29.10.2020 - 10:17

“Əgər dövlət tarix uğrunda qızğın mübarizəyə başlayıbsa, deməli, onun çağdaş dövrlə bağlı işləri çox pisdir”

(müdriklərdən biri)

İnternetdə Müdafiə Nazirliyinin məlumatını oxuyurdum, dodaqaltı yer adı mızıldandım: Tiqranavan. Ordumuz orada ermənilərin qoyub qaçdığı çoxlu silah-sursat ələ keçirmişdilər. Uşaq böyrümdə oturmuşdu, “Tiqranavan” sözünü yaxşı eşitmədi, dəqiqləşdirmək üçün soruşdu: “Nə, itiqovan?” Yanlış anlaşılmadakı Freydvari hikmət məni sarsıtdı.

Bu, Qubadlının Padar kəndidir, yaramazlar işğaldan sonra oranın adını Tiqranavan deyə dəyişibmiş. Padarlar Azərbaycan ərazisində yaşamış türk-uyğur tayfalarından birinin adıdır, o üzdən Qafqazın az qala hər bölgəsində Padar adında kəndə, coğrafi obyektə rast gəlirsən. Ağsudan Qubadlıya, Hacıqabuldan Dərbəndə, Şabrandan Zaqatalaya qədər. Tiqran isə ermənilərin tarixində hansısa axmaq padşahın adıdır, görməmiş kimi hər yerə yapışdırırlar, lakin tutmur. Çünki çürük qoz, mal təzəyi divara yapışmaz. Nə qədər vurursan vur, xeyri yoxdur. Bəlkə təzək müəyyən qısa müddət divarda durur, lakin o da axırda quruyub düşməyə məhkumdur.

Əslində bütün erməni tarixi bu cür saxtalaşdırmadan, oğurluqdan, adları dəyişməkdən ibarətdir. Bunların öz dövlət adları da oğurluqdur. Vətənlərinə Hayastan deyir, lakin beynəlxalq aləmdə Armenia sözünü çırpışdırıblar. Halbuki, Armenia sözünün tarixən ermənilərə heç bir dəxli olmayıb. Hurri tayfasının dilinə məxsus termindir. Həmin hurri-hitit tayfaları indiki Türkiyənin şərqində yaşayıblar. Urartu adlı dövlət qurublar. Sonradan həm hurri-hititlər, həm Urartu tarixə qovuşub, itib gedib. Lakin daş kitabələr qalıb və alimlər onları oxuyub görüblər ki, Urartu dövlətinin dili daha çox… Qafqazdakı çeçen, inquş, lak, avar, ləzgi dillərinə yaxındır. Ermənilər isə həyasızcasına özlərini Urartu dövlətinin varisi elan ediblər. Yeri gəlmişkən, Ararat dağının adı da həmin Urartu sözündən yaranıb və erməni dilinə qəti dəxli yoxdur. Ümumiyyətlə, ermənilər öz dillərini hind-avropa dil qrupuna dürtüşdürsələr də, orada başqa heç bir dillə yaxınlıqları yoxdur. Məlum deyil bəs hansı əsasla hind-avropa dili sayılır. Ermənilərə arqument, fakt, sübut lazım deyil ki. Qoltuqlarının altından bir uydurma çıxarırlar, sonra onu absolyut həqiqət elan edib “xoşbəxt” olurlar. İndiki başçıları Paşinyanın davranışlarına, leksikonuna baxanda bunu aydın görmək mümkündür. Füzulidən, Zəngilandan çıxmağı tələb olunanda avropalıları türklərin Vyanaya hücumuyla qorxudurdu. Sanki biz Kəlbəcəri aşıb birbaşa Avstriyada olacağıq. Kaş olsaydıq… Yoxsa Qafqazda hansı dağı aşırsan, qabağına bir meymunabənzər çıxır.

Uşağın Tiqranavanı İtiqovan kimi eşitməsinin, bu qulaq qafiyəsinin hikməti isə çox böyükdür. Gəlin bir az tarixin təkərini sürətlə fırladaq, min il sonraya xəyali nəzər salaq. Ancaq öncə belə bir toponimin – İtiqovan adının hansısa işğaldan azad edilən obamıza rəsmən, dövlət qərarıyla verildiyini düşünək, hansı ki, hazırda bu çox mümkün görünür. Bəli, obaya İtiqovan adı verilir, sonra yüz illər keçir, tarixə laqeyd münasibəti tarixən məlum olan Azərbaycan xalqı bu günlər baş verən faciələri yaddan çıxarır, təzədən ermənilərə isti qucaq açır, təzədən gəlib təpəmizdə otururlar. Çətindir? İnanılmazdır? O zaman heç uzağa getməyin, Bakıda soyqırım törədən Stepan Şaumyanın adına ölkədə 3 şəhər-rayon qoyduğumuzu xatırlayın. 1918-də anamızı ağladan terrorçunun adına 1988-də hər küçədə heykəl qoymuşduq. Cəmi 70 ilə hər şeyi unutmuşduq, sənə 1000 ildən danışıram. Bizim tariximiz belə biabırçı şeylərlə doludur.

Uzun sözün qısası, 3020-ci ildir, təzədən “qardaş olub Hayastan, Azərbaycan”, Qarabağ tərəfdə isə İtiqovan adında bir yer var. Lakin heç kim bilmir bu nə deməkdir, toponimin tarixi haradan gəlir. Yazdım axı – balıq kimiyik yaddaş baxımından. Bir erməni tarixçisi ortaya çıxır, əməllicə kitab yazır və sübut edir ki, İtiqovan kəndinin (ya da şəhərinin – min il sonradan bəhs edirik) adının axırındakı “van” ermənilər yaşayan İrəvan, İcevan və sairəylə eynidir, deməli, İtiqovan əslində erməni kəndidir. “İtiqo” isə ya Tiqran sözündən yaranıb, ya da eramızdan 1 milyon il qabaq Azıx mağarasında yaşamış erməni çarı Edikin adıdır, Ediko, İdiko, İtiqo şəklində dəyişərək günümüzə çatmışdır.

Hətta ola bilər mənim bu cızmaqarama da tarixi mənbə kimi istinad eləsin.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156708

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031