Srebrenitsada 10 min adamı qətl etdirən hollandların erməni təəssübkeşliyi

19.11.2020 - 10:55

30 il öncədən başlayaraq Azərbaycana hücum edən, ölkəmizin ərazisinin 20 faizini işğalda saxlayan, 1 mlyona yaxın Azərbaycan türkünü etnik təmizləmə, deportasiya və genosid cinayətlərinə məruz qoyan Ermənistana qahmar çıxan Niderland krallığının parlamenti bizə qarşı 5 vəsatəti bəyənib.

Bu vəsatətlərdə Azərbaycan Ordusunun Qarabağı işğalçılardan xilas etməsi “aqressiya” kimi qiymətləndirilir və bu sənədlər təkcə bizim ölkəyə yox, həm də qardaş Türkiyəyə sanksiya tətbiq edilməsini nəzərdə tutur.

Belə baxanda nəzərdə tutulan sanksiyalara əsasən Azərbaycan və Türkiyə rəhbərləri kiçik ölkə olan Niderlanda səfər etməsələr, bu, onlar üçün həyati əhəmiyyət daşımaz. Eləcə də nə Türkiyə, nə də Azərbaycan Niderlanddan gələsi silah-sursata möhtac deyil, öz sənayeləri özlərinə yetir. Yeri gəlsə, gül-çiçəyi və ya pendiri başqa ölkələrdən də almaq mümkündür.

Ancaq ortada bir “hərbi canilər” söhbəti var və onu Niderlanda bağışlamaq mümkün deyil. Çünki bu, açıq-aşkar qərəzdir, haqsızın tərəfini tutmaqdır.

44 günlük müharibədə Azərbaycanın hərbi əməliyyat bölgələrinə yaxın və qat-qat uzaq şəhərlərində dinc əhalinin qəsdən atəşə tutulması nəticəsində ölənlərin sayı 93, yaralananların sayı isə 500 civarında oldu. Ermənilər isə öz mülki əhalisinin ölümünə dair göstəriciləri açıqlayarakən, nə qədər şişirtmə və saxtakarlığa əl atsalar da sayı 45-ə çatdıra bilmədilər. Arada iki dəfədən artıq fərq var. Hələ onların “mülki insan itkisi”nin sayı artilelriya batereyalarına kömək edən və bu zaman dronla vurulanların hesabına o qədər düzəlmişdi. Başqa sözlə, ölən “mülki əhali”nin bir qismi sırf hərbi əməliyyatlara qarışdıqları zaman həlak olmuşdu.

Buna baxmayaraq, Niderland krallığının deputatları evlərində yatdıqları və ya bazarda alış-veriş etdikləri yerdə raket atəşinə tutularaq ölən və yaralanan 600-ə yaxın mülki əhalini “görmür”, əvəzində 40 civarında müəmmalı “erməni zərərçəkən”in halına yanır.

İndi bunun adı nədir? Lafı uzatmayaq. Bunun adı dini ayrı-seçkiliyə dayanan qərəzdir. Holland parlamentarlar, sadəcə, xristian təəssübkeşliyindən çıxış edirlər.

Uzun illər biz Avropa ölkələrinin gizli xristian təəssübkeşliyi xətti yeritdiklərinə dair irəli sürülən iddiaları o qədər də gerçək saymırdıq. Bir ara onlar bu tutumlarını yaxşıca pərdələyə bilirdilər. Ortada NATO-nun 1999-cu ildə müsəlman Bosniya və Kosovoya görə xristian Serbiyanın paytaxtı Belqradı bombalaması faktı da vardı.

Ancaq gün gəldi, pərdələnmək mümkün olmadı. Əvvəlcə Fransa və Niderland kimi dövlətlərin iç üzü açıldı.

Yeri gəlmişkən, 1995-ci ilin iyulunda baş verən Srebrenitsa qətliamı məhz hollandların günahı üzündən baş verib. Daha əvvəl müsəlmanları tərk-silah edən hollandiyalı sülhməramlılar iyulun 10-da komandirləri Tomas Jakob Peter Karremansın serb general Ratko Mladiçlə xain razılaşması əsasında gecəylə şəhərdən çıxıblar. Ertəsi gün hərbi cani Mladiçin vəhşi cəlladları müdafiəsiz qalmış şəhərə daxil olaraq 10 gün boyunca minlərlə müsəlman bosniyalını qırıb-çatıblar. Toplamda 8-10 min arasında mülki insan öldürülüb. (Karremans hazırda İspaniyada yaşayır, Mladiç isə ömürlük həbsdədir).

Bu genosid aktına görə Niderland öz üzərinə qismən məsuliyyət götürüb. Fransa da eyni, hətta daha betər hərəkəti Ruandada edib, 1994-cü ilin aprel-iyul ayları arasında hutulara şərait yaradıb ki, tutsi xalqına mənsub olan 750 min adamı öldürsünlər.

Baxaq, görək, 1992-ci ilin fevralında Xocalıda baş verən və 613 dinc insanın qətli, bir neçə min insanın girov götürülməsi və bütöv bir şəhərin deportasiya edilməsi ilə nəticələnən soyqırım aktı da heç vaxt nə Hollandiya, nə də Fransa parlamentində müzakirə predmeti oubmu? Olmayıb. Niyə? Çünki ölənlər müsəlman, öldürənlər xristian idi.

10-12 ildir məhz bu iki ölkədə islamofobiya son dərəcə şiddətlənib. Avropanın başqa ölkələri pis-yaxşı tolerantlıq prinsiplərinə riayət etdikləri halda, müsəlmanların həssas yerlərindən vurulması vaqiələri yalnız Fransa və Niderlandda baş verir. Bu iki ölkənin “sənətkar”ları Məhəmməd peyğəmbərə dair karikaturalar çəkərək, adamları təxribata sövq edir, ekstremizmi tətikləyir, zərərçəkənə dönürlər, ölkələrin rəhbərləri isə dünyada şivən qopararaq, təhrikçiləri dəstəkləyir.

İstər Fransanın, istərsə də Niderlandın Qarabağ probleminə yanaşması da sırf dini motivlərə bağlıdır. Əgər ermənilər bizim yox, biz ermənilərin ərazisini 30 il işğalda saxlasaydıq, indi bu iki dövlətin parlamenti bizə qarşı azı 30 dəfə müxtəlif sanksiyalar tətbiq etmiş olardı. Əslində Qarabağ münaqişəsi məhz bu gizli xristian təəssübkeşliyinə görə uzanır, həll edilmirdi. Beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, tərəfkeş havadarlar hüququ yox, “bir köynək yaxın olan”ın mənafeyini əsas tuturdular.

Biz lap çoxdan onlardan ədalət gözləmirik, öz problemimizi, nəhayət, özümüz həll etməyə qərar vermişik, xeyli dərəcədə başa gətirmişik.

İndi oturub gözləyirik ki, görək, bu ölkələrin, sözün hər mənasında üzdəniraq siyasiləri hansı məkrli layihəni reallaşdırmağa çalışacaq, daha hansı pislikləri edəcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157452

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30