“Yalnız əsgərlər deyil, bütün xalq vuruşdu” – Müharibəyə könüllü gedən müğənni

19.11.2020 - 16:05

İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan müğənni Vüqar Muradov işğaldan azad edilən torpaqlardan yeni görüntülər paylaşıb.

Musavat.com xəbər verir ki, sənətçi bu dəfə Hadrut qəsəbəsinin Tuğ kəndindən video yayıb.
“Xocavənd rayonu, Hadrut qəsəbəsinin Tuğ kəndi, müqəddəs torpaqlarımızı tezliklə hər biriniz gedib görəcəksiniz. Bu videonu tuğlular üçün çəkirəm. Baxın kəndinizə, tezliklə burada olacaqsınız. Ana südü kimi halal olan torpaqlarımızdayıq”,- deyə Vüqar bildirib.

Sənətçi digər bir fotosuna isə “Bu iş rahatlıqla həll olunmadı: güclü iradə, əzm, milli ruh sayəsində oldu. Yorulmadan, usanmadan, çəkinmədən savaşdıq. Yalnız əsgərlər deyil, bütün xalq vuruşdu. Təşəkkür hər bir vicdanlı, qeyrətli Azərbaycan vətəndaşına düşür” sözlərini qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157500

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930