Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur VİDEO

02.12.2020 - 15:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişdir. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ilin dekabrın 2-də Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu təşəbbüsləri irəli sürülmüşdür.

2009-cu ildə “Bakı – İslam mədəniyyəti paytaxtı” ili çərçivəsində müsəlman və Avropa ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi “Bakı Prosesi”nin inkişaf etdirilməsinə töhfə olmuşdur. 2011-ci ildən etibarən isə Bakı şəhərində hər iki ildən bir Azərbaycan Respublikası Prezidentinin himayəsi altında, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilir. Həmçinin Azərbaycan və Rusiya dövlət başçılarının himayəsi ilə Bakı Beynəlxalq Humanitar Forumları təşkil olunur. Bundan əlavə, 2016-cı ilin aprelində Azərbaycan paytaxtı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir.

Bu vaxta kimi beş dəfə təşkil olunmuş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və altı dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumlarında 180-dən çox ölkədən və 40-dan çox beynəlxalq təşkilatdan ümumilikdə 20 mindən çox xarici nümayəndə –dövlət və hökumət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, diplomatlar, mədəniyyət, təhsil və elm xadimləri, qlobal biznes və media strukturlarının təmsilçiləri, gənclər və s. kateqoriyada insanlar iştirak etmişdir. “Bakı Prosesi” çərçivəsində forumlarda ümumilikdə 250-dən çox tədbir və layihə həyata keçirilmişdir.

Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətləarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan etmişdir. 2017-ci ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Televiziyası tərəfindən canlı yayımlanır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunda təmsil olunan təşkilatların və beyin mərkəzlərinin nümayəndələrinə ötən illər ərzində bu təşəbbüsün qlobal platformaya çevrilməsində göstərdikləri səylərə görə təşəkkürünü bildirir, eyni zamanda ölkə başçısının “Bakı Prosesi” qlobal ideyasının gerçəkləşməsinə və əlaqələndirməsinə məsul qurum olması ilə qürur duyur.

Əlamətdar ildönümü münasibətilə “Bakı Prosesi” haqqında qısa videoçarxı təqdim edirik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157929

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930