Maradonanın sərvəti açıqlandı, aləm qarışdı: 6 qadını və 8 uşağı olduğu deyilsə də…

09.12.2020 - 15:52

Futbol əfsanəsi Diyeqo Maradonanın ölümündən sonra da barəsindəki qalmaqallar səngimək bilmir. İndi də Maradonanın mirasının bölüşdürülməsi ilə bağlı qalmaqallar gündəmə gəlib.

Argentina mətbuatı ötən həftə 60 yaşında dünyasını dəyişən futbolçunun mirası ilə bağlı varislərinin kimlər ola biləcəyindən yazıb.

Qeyd edək ki, futbolçunun 6 fərqli qadından 8 uşağının olduğu məlumdur. Mirasın həmin 8 uşaq arasında bərabər paylanması gözlənilir.

Maradonanın vəsiyyətnaməsi varmı?

Argentina mətbuatının yazdığına görə Maradonanın hər hansı bir vəsiyyətnaməsinin olub-olması ilə bağlı açıqlama verilməyib.

Üstəlik, ortada ailə mübahisələri, DNT testləri və hələ təsdiqlənməmiş iddialar da var. Bütün bunları nəzərə alaraq, miras qalmaqalının hələ uzun müddət davam edəcəyi bildirilir.

5fce2612c03c0e1a38f3725a.jpg (53 KB)

Daha 6 uşağı olduğunu qəbul etmişdi…

Maradona macəralı həyatı boyunca bir neçə dəfə atalıq iddiası ilə qarşılaşmışdı. Hətta qızlarından biri bir dəfə zarafatla keçmiş futbolçunun “az qala uşaqları ilə futbol komandası yarada biləcəyini” demişdi.
Xatırladaq ki, Maradona illər öncə 20 il evli qalıb. O, 2003-cü ildə boşandığı keçmiş həyat yoldaşı Klaudiya Vilafeyndən olan 31 yaşlı Gianina və 33 yaşlı Dalmadan başqa uşağı olmadığını iddia etmişdi. Lakin zaman keçdikcə daha 6 uşağın atası olduğu açıqlandı.

Belə ki, 2010-cu illərin ortalarında, münasibətdə olduğu qadınlar məhkəməyə müraciət etdikdən sonra, Maradona 34 yaşlı Diyeqo Cuniyor və 24 yaşlı Jananın atası olduğunu etiraf etmişdi.

2016-cı ildə isə üç il əvvəl dünyaya gələn və indi 7 yaşında olan ikinci oğlu Diyeqo Fernandonun atası olduğunu açıqlamışdı.
2019-cu ildə də bu cür hadisə yaşandı. Maradonanın vəkili keçmiş futbolçunun 2000-ci illərdə kokain asılılığının müalicəsi üçün bir müddət qaldığı Kubada üç övladının atalığını qəbul etdiyini bildirdi.

Maradonanın daha iki uşağı var?

Beləliklə, Maradona rəsmi olaraq 8 uşağın atası olduğunu qəbul edib. Lakin onun ölümündən sonra daha iki nəfər, 19 yaşlı Santiaqo Lara və argentinalı 23 yaşlı Maqali Gil də onun övladları olduğunu və bunu sübut etmək üçün qanuni addımlar atacağını bildiriblər. Əgər onların həqiqətən Maradonanın övladları olduğu ortaya çıxsa, futbolçunun mirasından pay ala biləcəklər.

Argentina mətbuatı xatırladıb ki, 2019-cu ilin noyabrında qızı Gianina atasının səhhəti ilə bağlı narahatlığını dilə gətirəndə, Maradona “YouTube”da yayımladığı video açıqlamasında “Bax, mən miras qoymayacağam, hər şeyi bağışlayacağam” demişdi. Bununla belə Argentina qanunlarına görə, bir şəxs sərvətinin yalnız üçdə birini vəsiyyət yolu ilə qanuni varisləri xaricindəki şəxslərə və təşkilatlara bağışlaya bilər. Qalanının həyat yoldaşları və uşaqlar arasında bölüşdürülməsi nəzərdə tutulur. Maradonanın ortalıqda bir vəsiyyəti olmadığı və öldüyü zaman evli olmadığı üçün bütün mirası övladları arasında bərabər şəkildə paylaşılmalıdır.

5fce2612c03c0e1a38f37252.jpg (76 KB)

Maradonanın sərvətləri…

Argentina mətbuatı Maradonanın təxmini sərvətlərini açıqlayıb. Qeyd edək ki, bura futbolçunun idman avtomobilləri, daşınan və daşınmaz mülkləri də daxil edilib. Bütün bunlar hesablanaraq, futbolçunun sərvətinin 75-100 milyon dollar arasında olduğunu təxmin edilir.

Beləliklə, Maradonanın sərvətinə aşağıdakılar daxildir:

– Argentinada ən azı beş əmlak;

– “Rolls Royce Ghost” (360 min dollar) və “BMW i8” (175 min dollar) avtomobilləri;
– Belarusiyaya səfər edən zaman hədiyyə aldığı “Hunter Overcomer” amfibi vasitə;
– 360 min dollar dəyərində bir almaz üzük;
– Konaminin “Pro Evolution Soccer” video oyununda Maradonaya bənzər bir obrazın istifadə edilməsinə icazə verən müqavilə;

Məşhur “Net Worth” saytı, Maradonanın futbol həyatı boyunca bir oyunçu və menecer olaraq on milyonlarla dollar maaş və bonus aldığını yazıb. Qeyd olunur ki, sərvətinin böyük bir hissəsi İtaliyanın “Napoli” futbol klubu ilə müqaviləsindən gəlib. Belə ki, 1990-cı ildə “New York Times”da yayımlanan bir xəbərə görə, məşhur futbolçu 3 milyon dollar maaş, üstəlik Neapolda olarkən əlavə 8 ilə 10 milyon dollar bonus alıb.

5fce277cc03c0e1a38f37269.jpg (41 KB)

Lakin bir məsələ də var, İtaliya bir əli ilə Maradonaya verdiyini digər əli ilə almağa çalışıb. Belə ki, 2005-ci ildə İtaliya hökuməti Maradonanın xəzinəyə 48 milyon dollardan çox vergi borcu olduğunu açıqlamışdı. Bu borcun böyük bir hissəsi hələ də bu günə qədər ödənilməyib. Zamanında Maradona borcu ödəməkdən imtina etmişdi və yəqin ki, yaşasaydı yenə də bu mövqeyində qalacaqdı. Bununla belə vergi borcu vacib bir borc olaraq qalır. “Celebrity Net Worth” saytının yazdığına görə, həmin bu borc zamanla Maradonanın sərvətindən çıxılır.

Bu səbəbdən onun mirasının dəyəri az görünür. Lakin dostları iddia edirlər ki, Maradonanın sərvətinin az olmasının əsas səbəblərindən biri onun bədxərc və səxavətli olması ilə əlaqədardır. Maradonanın yaxın dostlarından biri olan jurnalist Luis Ventura bu barədə “Fantino a la tarde” adlı TV şousuna açıqlama verib. “Maradona öləndə yoxsul idimi?” sualına Ventura bu cür cavab verib: “Tamamilə. O, xərcləməyi sevirdi və kimsə ondan pul istəsəydi, o dəqiqə verirdi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930