Restoranlar açıldı: müğənnilərin işsizliyinə son qoyulacaq? SORĞU

02.02.2021 - 18:13

Ölkəmizdə sərt karantin rejimi getdikcə yumşaldılır. Ötən gündən etibarən isə restoranlar qapılarını müştərilərin üzünə açıb. Artır ölkəmizdə də qardaş Türkiyədə olduğu üçün müştəri cəlb etmək üçün canlı musiqilərin təşkilindən istifadə olunur. Eyni zamanda bir çox restoranlar şou proqramlar da təşkil edirlər.
Bəs, bir ildir evdə oturan müğənnilər restoranlarda səhnəyə çıxmaq istəyirmi? Onlara təklif gəlibmi?

Musavat.com mövzu ilə bağlı müğənnilər arasında sorğu keçirib.

yencag.az_2017-06-27_11-17-31-640x369.jpg (30 KB)

Müğənni İzzət Bağırov bildirib ki, pandemiya səbəbindən işsizdir:
“Mənim biznesim yoxdur. Tək gəlir yerim toylardır. Bir ildir ki, işsizəm. Toyaların açılmasına ehtiyac var. Tək müğənnilər deyil, minlərlə adam toyların açılmasını gözləyir. Çünki hamısı toylardan gəlir əldə edir. Mənim əvvəllər çalışdığım restoranlar vardı. İndi onlardan və digərlərindən təkliflər gəlir. İllərdir ki, sənətdəyəm, canlı oxumaq mənim üçün problem deyil. Mənə uyğun restoranların formatına əsasən səhnəyə çıxacağam”.

153707885638485y4884.jpg (42 KB)

Müğənni Sevinc Musayeva qeyd edib ki, şou proqramlarda çıxış etmir:
“Digər ölkələrdə toylara, şou proqramlara start verilib. Sosial şəbəkədə görürəm, artıq bizim müğənnilər Moskvaya üz tuturlar. Oradakı toylara, şənliklərə qatılırlar. Hətta etirazlarını bildirirlər ki, bizdə də toylara qoyulan qadağalar götürülsün. Mən 5 ildir ki, şou proqrama getmirəm. Ancaq toylara gedirdim. Şou proqramlara getmədiyim üçün artıq restoranlara dəvətlər yoxdur. Həm də restoranların öz komandaları var, gərək komandaların üzvü olasan. Restoranların yazılmamış qanunları var. Ona görə şou proqramlara getmirəm, belə qanunlara tabe olmuram. Toyları gözləyirəm”.

üase.jpg (98 KB)
“Qurd” ləqəbli reper Fərid Eminov bildirib ki, restoranlardan gələn dəvətləri dəyərləndirir:
“Bir ildir ki, işsizik, evdəyik. Bəzi sənət adamları musiqi ilə məşğul oldu. Mən də pandemiya günlərində bir mahnı yazdım. Amma gəlir əldə edə bilmədiyimiz üçün motivasiya da yoxdur. Toylarla bağlı qadağalar götürülmədiyi üçün toya dəvət edən də yoxdur. Amma restoranlarda şou proqramlara dəvətlər var. Uyğun olanlarla razılaşıb, səhnəyə çıxmağa hazırlaşırıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160485

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930