“Məsuliyyətli atalıq” təlimləri üçün qeydiyyat başlayıb

14.05.2021 - 21:35

Gender Hub Azerbaijan sosial platforması tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində keçiriləcək “Məsuliyyətli Atalıq” təlimləri üçün qeydiyyat başlamışdır. Baş tutacaq təlimlər sessiyasının əsas məqsədi ataların gender bərabərliyində rolunu stimullandırmaq, məsuliyyətli atalıq konsepsiyasında gender stereotipləri haqqında məlumatlılığı artırmaq və qadınlara qarşı zorakılığın aradan qaldırılmasına töhfə verməkdir. Təlimlər gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları, ailə münasibətlərində cinsi ayrı-seçkilyin mənfi təsiri mövzularına əsaslanaraq atalar və ata olmağa hazırlaşan şəxslərlə birgə müzakirə şəraitində baş tutacaqdır.

Təlimlər 4 gün ərzində 2 fərqli rayonda baş tutacaqdır: Xaçmaz – 22 və 23 May 2021-ci il İmişli – 5 və 6 İyun 2021-ci il Nəzərinizə çatdırmaq istərdik ki, qeyd olunan günlərdən yalnız birində iştirak etmək mümkündür. Qeydiyyat üçün link: https://cutt.ly/RbEhcs5 Qeydiyyat üçün son tarix: Xaçmaz – 16 May 2021-ci il İmişli – 20 May 2021-ci il Qeyd 1: Təlimlər pandemiya şəraitinə uyğun olaraq 15 nəfərdən çox iştirakçı olmayaraq baş tutacaqdır. Qeyd 2: 21-29 yaş arası şəxslərin iştirak üçün qeydiyyatdan keçməsi məqsədəuyğundur. Məsuliyyətli atalıq konsepsiyası haqqında bölgələrdə apardığımız maarifləndirməyə dəstək olaraq daha çox insana çatmağımız üçün sizdən “Məsuliyyətli Atalıq” təlimləri haqqında məlumatı öz saytınızda paylaşmağınızı xahiş edirik! Facebook: https://cutt.ly/ubEkrqN Instagram: https://cutt.ly/ZbEkh3U Elektron poçt ünvanı: genderhubazerbaijan@gmail.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163571

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930