Ağstafa Uşaq-gənclər idman məktəbinin yetirmələri Avropa çempionu oldular

20.06.2022 - 12:37

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.

Güləş üzrə U-17 Avropa çempionatında Ağstafa rayon Gənclər və idman idarəsinin nəzdindəki Uşaq Gənclər idman məktəbinin yetirmələri Sərbəst güləş üzrə İlyas İsayev (65 kq), Yusif Dursunov (110 kq) çəki dərəcələrində qızil medal qazanaraq Avropa çempionu adına layiq görülüblər.
Bu tarixədək Ağstafa rayonunda ilk olaraq iki idmançı eyni yarışda Avropa çempionu titulunu qazanıb.

Xatırladırıq ki, bu çempionatda İlyas İsayev (65 kq) ilk görüşdə slovakiyalı Ferents Daniel Kovaçı, 1/8 finalda isə çexiyalı Maks Bistronu 10:0 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib. İsayevin növbəti qurbanı rumıniyalı Eduard David Lenard olub – 11:0. İlyas yarımfinalda Fatih Acarla dueldən qalib ayrılaraq (10:2) finalda gürcü Qoqa Otinaşviliyə rəqib olub. Həmkarına 3:0 hesabıyla qalib gələn İsayev baş mükafata sahib çıxıb.

Yusif Dursunov isə (110 kq) ilk mərhələdə macarıstanlı Marsel Yuritsanı 9:1, daha sonra isə slovakiyalı David Mionu 10:0 hesabıyla xalçadan məyus yola salıb. Yarımfinalda fransalı Levan Laqvilava üzərində 10:6 hesablı əzmkar qələbə əldə edən Dursunov finala adlayıb. Yusif həlledici görüşdə türkiyəli Taha Yakup Temellə qarşılaşıb. Rəqibini 6:0 hesabıyla məğlub edən Ağstafa güləş məktəbinin yetirməsi Avropa çempionu olub.

 

Azərbaycan Milli yığma komandası 10 idmançı ilə iştirak edib. Sərbəst güləş üzrə milli komandamız Avropa çempionatını 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub
Yeniyetmə İdmançılarımızı Ağstafa rayon Gənclər və idman idarəsinin kollektivi və idman ictimaiyyətinin adından təbrik edir, onlara yeni yeni nailiyyətlər arzulayırıq.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177115

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930