Rəsmi Tiflisdən Bakı və İrəvana ÇAĞIRIŞ: Kənar oyunçuları arenamıza buraxmaq…

01.03.2024 - 15:40

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin inkişaf etdirilməsində maraqlıdır və etibarlı qonşularına danışıqlar üçün öz platformasını təklif edir. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada keçirilən Diplomatik Forumda bildirib. Onun sözlərinə görə, Tiflis üçün regionda sülh vacibdir və gürcü tərəfi ümid edir ki, İrəvan və Bakı razılığa gələcək və bundan hər iki tərəf faydalanacaq.
Darsaliya qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlarda mövcud olan müəyyən çətinlikləri görür, başa düşür və nəzərə alır.
Bu məqsədlə Tiflis əvvəllər sülhsevər mehriban qonşuluq təşəbbüsü irəli sürüb və danışıqların aparılmasında hər iki ölkəyə dəstək təklif edib: “Bizim üçün aydındır ki, kənar oyunçuları arenamıza buraxmaq əvəzinə, əməkdaşlığı davam etdirməliyik”.
O vurğulayıb ki, regionda sülhə alternativ yoxdur, bu səbəbdən Tbilisi danışıqları və Cənubi Qafqazda sabitliyin bərqərar olmasını dəstəkləyir.
“Bir neçə ay əvvəl biz Ermənistanla münasibətlərimizi yenilədik, onları strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. İnanırıq ki, bu, regionda əməkdaşlıq prosesinə böyük töhfə verəcək”.

Short URL: https://www.cumhuriyyet.net/?p=199003

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31