SENSASİYA: İnsan beynindən “canlı kompüter” istehsal olunub

11.06.2024 - 11:18

İsveç alimləri insan beyin toxumasından dünyanın ilk “canlı kompüteri” istehsal ediblər.  Mia.az xarici mətbuata istinadla xəbər verir ki, normal kompüter çipi kimi məlumat mübadiləsi aparan “canlı kompüter”in dünyanın enerji böhranlarını həll edə biləcəyi proqnozlaşdırılır.

Məlumata əsasən, laboratoriya mühitində yetişdirilən 16 beyin hüceyrəsi qrupundan ibarət olan hüceyrələr bir-birləri arasında informasiya əlaqəsini təmin edir: “Ənənəvi kompüter çipi kimi işləyən yeni kompüter neyronlar vasitəsilə siqnal göndərən və qəbul edən sxemlər kimi çıxış edir. Lakin yeni texnologiyanı xüsusi edən onun daha az enerji sərf etməsidir, çünki canlı neyronlar mövcud rəqəmsal prosessorlardan milyonlarla dəfə az enerji sərf edirlər. Elm adamları, beynimizin 10 ilə 20 vatt arasında enerji istehlak etməsini sübut eləyən kompüterlərin maksimum 21 meqavat enerji ilə işlədyini göstəriblər”.

Xəbərə görə, təxminən 0,5 mm diametrdə və 10 min canlı neyrondan ibarət mini beyinlər dopamin dozaları ilə məşq edilir: “Tapşırıqları düzgün yerinə yetirdikdə, mükafat olaraq bir kimyəvi maddə axını alırlar. Alimlər müəyyən sahələri dopamin ifrazını təqlid etmək üçün işığa məruz qoyaraq stimullaşdırırlar. Orqanoidlər səkkiz elektrodla əhatə olunub və aktivliyi ölçə bilir. Bu sıçrayış biologiya və texnologiya arasındakı sərhədləri qarışdıraraq hesablama və nevrologiyada yeni imkanlar açır…”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201244

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031