“Qanuni oğru”lar niyə avtomobil sürə bilməzdi?

15.06.2024 - 11:59

Tarixçiləri təsdiq edirlər ki, “qanuni oğrular” aləmi SSRİ-də məhz İosif Stalinin ölkəyə rəhbərliyi dövründə (XX əsrin 30-50-ci illərində) yaranıb. Sovet İttifaqının dağılması ilə “qanuni oğru” statusu da kəskin şəkildə dəyişib. Musavat.com xəbər verir ki, bu barədə kompromat.ru saytı yazıb.

Daxili İşlər Nazirliyinin və cəza sisteminin veteranı, daxili xidmətin istefada olan polkovniki Sergey Kutyakinin öz araşdırmasında yazır ki, “qanuni oğru” “sinfi” ötən əsrin 30-cu illərində sürgün və həbs düşərgələrində təşkilatlanmağa başlayıb. Əsasən, evlərdən oğurluq edənlər “qanuni oğru” adına iddia edirdilər, xırda oğurluğa görə həbsə düşənlər isə belə “status” ala bilməzdilər.

f1fa7bbdd885f5b8b3e73616d9668fa4.jpg (145 KB)

Stalin dövründəki “qanuni oğrular” la müasirləri arasındakı əsas fərq “tacqoyma” prosedurunun özündə idi. Belə ki, “qanuni oğru” adına iddia edənlər “tac” almaq üçün əvvəlcə 2-3 il müddətində “sınaq imtahanı” verməli idilər. O cümlədən, “namizəd”lər nüfuzlu “qanuni oğru”ların verdiyi müəyyən göstərişləri yerinə yetirməliydi. Sonra “qanuni oğru” kastasında yer almağa layiq olduğunu təsdiqləyən iki və ya üç “oğru” nun tövsiyələri olmalı id. Bu “xaç babaları” sonra “taclıların” sonrakı davranışlarına cavabdeh idilər. İstisnasız olaraq, “tacqoyma” üçün bütün namizədlərin həbsxana həyatını yaşamalı, üstəlik, həbsdə də “oğru ideyası”na uyğun davranış göstərməyə borclu idi.

maxresdefault (2).jpg (77 KB)

Stalinist “qanun oğru”lar ailəsi ilə bütün əlaqələri kəsməli, hüquq-mühafizə orqanlarının nümayəndələri ilə (istintaq və məhkəmə istisna olmaqla) ünsiyyət qurmamalı, siyasətlə məşğul olmamalı idi. Əvvəlki illərin “qanuni oğrular” cəmiyyəti mahiyyətcə qapalı sistem idi, dövlətdən “müstəqil” şəkildə mövcud idi və onun qurumlarının işinə ciddi təsir göstərmirdi. Hətta o zamanlar belə iddialar vardı ki, “qanuni oğru” avtomobil də sürə bilməz, çünki lazım gələndə “arxaya”(“zadnıy”) sürmək zorunda qalacaq…

SSRİ-nin dağılması ilə “qanuni oğrular” kastası əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Uzun illər yerli cinayətkarların həyatını araşdıran, həm kriminal cəmiyyətdə, həm də təhlükəsizlik qüvvələri arasında məlumat verən Kanev ura.ru portalına müsahibəsində deyib ki, indi “qanun oğrular” ictimai həyatda iştirak etməkdən çəkinmirlər, hətta xaricdə daşınmaz əmlak alır, hüquq-mühafizə orqanlarının məmurları ilə “işgüzar” əlaqələr qururlar.

maxresdefault (1) (1).jpg (158 KB)

Kanevin sözlərinə görə, hətta bu gün “qanuni oğru” lar kriminal yığıncaqları Skype vasitəsilə keçirə bilər.

“Komsomolskaya Pravda”nın hüquq-mühafizə orqanlarındakı anonim mənbəsi isə bildirir ki, müasir kriminallar çox vaxt özlərinə və məşuqələrinə “obşak pullarını” (ümumi fond) vəsaitlərini həvəslə xərcləyirlər, statuslarını açıqlamamağa üstünlük verirlər.

Son illərdə bir çox təsadüfi adamlar, əsasən keçmiş SSRİ-nin cənub respublikalarından olanlar “qanuni oğru” adını pulla satın alıblar. Müasir qanun oğrularının maraq dairələri iqtisadiyyatın və biznesin əhəmiyyətli gəlir gətirən sektorlarıdır. Postsovet məkanında “qanuni oğru” qrupları arasında tez-tez baş verən toqquşmaları da maliyyə maraqları ilə izah edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201427

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031