Toy gedən evdə yanğın: Bəy və gəlin toyxanadan çıxarıldı

04.12.2018 - 00:43

Ağcabədi rayonunda toy mərasimi keçirilən evdə yanğın baş verib. A24.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Nəcəfqulubəyli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Zakirov Təhməz Eyvaz oğluna məxsus evdə baş verən yanğın ev sahibinin oğlunun toy mərasiminin yarımçıq bitməsinə səbəb olub.
Məlumata görə, yanğın toy üçün hazırlanan xörəklərin hazırlandığı evə bitişik yarımçıq tikilidə başlayıb. Hadisənin baş verməsi səbəbindən T.Zakirovun oğlunun toy mərasimi yarımçıq qalıb. Bəy və gəlin toyxanadan çıxarılıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Tikilinin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına səbəb toy üçün xörəklərin bişirilməsi üçün istifadə olunan ocaqların alovunun şölələri olub.
Faktla bağlı araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125203

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2019
BE ÇA Ç CA C Ş B
« Yan    
 123
45678910
11121314151617
18192021222324
25262728