Musiqili Teatrda həftəsonu

07.12.2018 - 13:27
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova Cumhuriyyet.net-ə bildirib ki, teatr dekabr ayının 8-də “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev) və 9-da “Baladadaşın toy hamamı” (F.Allahverdi və Elçin) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr balaca teatrsevərlərə dekabrın 8-də saat 12:00 və 14:00-də ana dilimizdə “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), 7-də və 9-da saat 12-də isə “Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin) və “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) musiqili əyləncəli nağıl tamaşalarını rus dilində göstərəcək.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Rauf Babayev, Şaban Cəfərov, Yulya Heydərova, Elnarə Nağdəliyeva, Hüseyn və Gültac Əlililər, Elçin İmanov, Valeriya İsgəndərzadə, Əmrah Dadaşov, Şaban Cəfərov, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Eleonara Mehdiyeva, Telnaz Hüseynova, Nərmin Əliyeva, Roman Krasnov, Murad Əliyev, kiçik yaşlı aktyor Rahib Məmmədzadə və başqaları ifa edəcəklər.

Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125361

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31