Qubada kütləvi zəhərlənmə – 5 nəfər xəstəxanaya yerləşdirilib

15.07.2019 - 13:32

Quba rayonunda kütləvi zəhərlənmə olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəlləkli kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakinləri – 1952-ci il təvəllüdlü Zöhrə Ramiz qızı Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Bayram oğlu Ömərov, 2011-ci il təvəllüdlü Ömər Bayram oğlu Ömərov, 1987-ci il təvəllüdlü Mavigül Mövlud qızı Ömərova və 1988-ci il təvəllüdlü Rəhilə Radixan qızı Ömərova ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub.

Zəhərlənən şəxslər Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, Mavigül Mövlud qızı Ömərova bir neçə il bundan əvvəl Türkiyəyə gəlin köçüb. Bu yay anasının evinə qonaq və evdə onun gəlişi münasibətilə süfrə açılıb. Ehtimal olunur ki, həmin süfrədə hər hansı qidadan zəhərlənmə baş verib.

Faktla bağlı araşdırma aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129478

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930