Masallıda 93 yaşlı kişi evində yanaraq ölüb
Masallıda ölümlə nəticələnən yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) musavat.com-a verilən məlumata görə, rayonun Musaküçə kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1926-cı il təvəllüdlü Babayev Xeyrulla Əjdər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Short URL: https://www.cumhuriyyet.net/?p=131895