İcra başçısının müavini bildirib ki, Elina Hacıyeva çoxlu dərman içib: “Orada dedilər ki, Elina çoxlu dərman içib. Qız özü isə dedi ki, dünən 30, bu gün 60 həb atıb. O, dərman içdiyini dediyi üçün onu Toksikologiyaya apardılar. Lakin sonra zədələrini görüb “Semaşko”ya göndəriblər”.
X.Bayramova onu da qeyd edib ki, Elinanın ölümünü gözlənilməz olub: “Həkimlər bizi inandırmışdı ki, Elinanı xilas ediblər”.
İcra başçısının müavini bildirib ki, Elina sinif yoldaşlarından gileylənib: “Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi. Mənə dedi ki, “bu sinif, bu uşaqlar dəhşətlidir. Bu məktəbdən getmək istəyirəm”.
X.Bayramova suallara cavabında E.Hacıyevanın anasına barışıq üçün pul təklif etmədiyini deyib: “Deyirlər ki, direktorla qohumam, “podruqa”yam. Bunlar yalandır. Mən sadəcə onlara kömək edirdim”.
***
13:22
Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.
APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktını elan edib.
Sevinc Abbasova ittiham üzrə özünü təqsirli bilməyib və indiki mərhələdə ifadə vermək istəmədiyin deyib.
Məhkəmədə Elina Hacıyevanın anası Sevil Hüseynova və Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə veriblər.
Prosesdə saat 14-ə qədər fasilə elan edilib.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.
***
12:20
Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.
APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesə jurnalistlər buraxılmayıb. Məhkəməyə Səbail rayon icra başçısının müavini Xalidə Bayramova ifadə verib və daha sonra məhkəməni tərk edib.
Proses davam edir.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.