Penitensiar Xidmət Gəncə hadisələrinə görə həbs olunmuş Eşqin Quliyevin vəfatının səbəbini açıqlayıb

30.09.2019 - 10:24

Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktını təsdiqləyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Quliyev Eşqin Zahid oğlu Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəliklər müəyyən edilib: “O, müəssisədə intensiv müalicə kursu keçib. Bütün müalicə tədbirlərinə baxmayaraq, Eşqin Quliyev Penitensiar Xidmətinin Müalicə Müəssisəsində İİV infeksiyası 4 mərhələ, Viruslu Hepatit C, Anemiya, Baş-beyin ödemi, Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozları ilə vəfat edib”.

Mehman Sadıqov qeyd edib ki, hazırda prokurorluq tərəfindən məhkumun meyiti ekspertizadan keçirilir: “Hazırda E.Qulieyin meyiti prokurorluq tərəfindən məhkəmə tibbi ekspertizadan keçirilir, daha sonra məhkumun meyiti yaxınlarına təhvil veriləcək”.

Qeyd edək ki, E.Quliyev “Gəncə hadisələri” zamanı həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=133792

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen    
 123456
78910111213
14151617181920
21222324252627
28293031