Müsavat Partiyasının qurultay keçirməsi üçün yer ayrılıb, amma…

07.10.2019 - 17:17

bsih_esas_5 (1)Müsavat Partiyasının qurultayının keçirilməsi üçün BŞİH yer ayırsa da, məkanın sahibi imtina edib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavatın Partiyasının oktyabrın 12-də qurultayının Binəqədi rayonunda, 7-ci mikrorayonda yerləşən “Büllur” mərasim evində keçirilməsinə razılıq versə də, məkanın sahibi bundan imtina edib.

Bu barədə “Report”a Müsavat Partiyasının başqanının müavini Razim Əmiraslanlı məlumat verib.

“Qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək xahiş etmişdik ki, qurumun balansında olan 400-500 nəfərlik yer ayırsın. Təəssüflər olsun ki, icra hakimiyyəti belə yerin olmadığını qeyd etdi. Bildirildi ki, Müsavat Partiyası hər hansı yer təklif etsin, icra hakimiyyəti də müvafiq qərar versin. Biz Binəqədi rayonunda, 7-ci mikrorayonda yerləşən “Büllur” mərasim evi ilə danışıqlar apardıq, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik, razılıq aldıq. Təəssüflər olsun ki, bu gün həmin mərasim evinin sahibi oktyabrın 12-də orada tədbir olacağını dedi. Bir sözlə, yeri verməkdən imtina etdi. Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi məsələni müzakirə edir. Hələlik konkret qərarımız yoxdur”, – deyə, o əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134200

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930