GDU-da müəllim kollektivi: Adımızdan saxta profillərlə saytlara müraciət ünvanlanır – ŞOK

09.10.2019 - 12:30

Son günlər Gəncə Dövlət Universitetində görülən təqdirəlayiq işlər və tələbələr üçün yaradılan şərait müəllim kollektivi tərəfindən alqışlarla qarşılanır.

Əlbətdə ki, bütün nailiyyətlər rektor Yusif Yusibovun görüdüyü işlərin nəticəsidir. Universitetin daxilində nizam-intizam və tələbə-müəllim münasibətlərinin yüksək səviyyədə olduğunu nəzərə alsaq sözügedən təhsil ocağının düzgün yolda olduğunun şahidi oluruq. Məlumat üçün bildirək ki,  bu il GDU-ya 500-dən yüksək balla daxil olanların sayı 92 nəfər, 600-dən yüksək bal toplayan gənclərin sayı isə 6 nəfər olub.

Təbii ki, bu göstəricilər Gəncə Dövlət Universitetin digər ali təhsil müəssilərindən seçildiyi hər birimizə məlumdur. İş olan yerdə nöqsan qaçılmazdır. Lakin nöqsanları böyük problemə çevirmək istəyən müəyyən quvvələrdə az deyil. Məlum məsələdir ki, universitetin daxilində baş qaldıran qara qüvvələr öz çirkin əməllərini həyata keçirtmək  üçün bütün vasitələrdən stifadə edir. Ölkənin ən qabağcıl universitetlərindən olan Gəncə Dövlət Universiteti digər universitetlərdən öz zəhmətkeç kollektivi ilə fərqlənir. Bir faktı nəzərinizə çatdıraq ki,  Dövlət Universiteti qəbul planının yerinə yetirilməsinə görə respublikanın bütün universitetləri arasında 2-ci və 3-cü yerləri bölüşür.

Bu universitetin nailiyyəti deyilmi? Yuxarıda qeyd etdiyimiz həmən o qara quvvələr göstərilən uğurları qəbul etmək əvəzinə, universitet adına  böhtanlar, yalanlar və rektoru nüfüzdan salmaq üçün var gücü ilə çalışırlar. Bu azmış kimi saytların elektron ünvanına həqiqətə uyğun olmayan məlumatlar ötürür. Ölkədə kifayət qədər saytlar və xəbər portalları fəaliyyət göstərir. Onlar öz peşə fəaliyyətlərini dürüsüt və sağlam keçirtməklə oxucu kütləsinin rəğbətini qazanıb. Bəzən elə hallar olur ki, universitetin daxilindən həmən o qara niyyətli quvvələr saxta emaillərlə müəllim kollektivi adından müraciət hazırlayaraq xəbər portallarına ünvanlayırlar. Güya, müəllim kollektivi universitetin daxilində baş verən hadisələrlə barışmır.

Sual yaranır. Nə üçün böhtançılar aidiyyəti üzrə Təhsil Nazirliyinə və yaxud Gəncə şəhər icra hakimiyyətinə deyil, saytlara üz tutur? Məqsəd gün kimi aydındır. Saxta profillərlə universitetin imicinə zərbə vurmaq və rəhbərliyə təziyiq etmək məqsədi güdür. Bir mənalı olaraq Gəncə Dövlət Universitetinin müəllim kollektivi sıralarında müəllim adına ləkə gətirən və universitetə zərbə vurmaq eşqi ilə alışıb yanan şəxslərə bildirmək istəyirlər ki, tutduqları yol insani baxımından doğru yol deyil. Hər biriniz gələcəyimiz olan gənclərə doğru yol göstərmək, onları marifləndirmək və vətənpərvərlik mövzüsü haqqında bilgilər verməkdir. Özünüzdə cəsarət tapıb şər və böhtandan uzaq olun. Müəllim adını yüksək tutmaqla bir növ özünüzə böyük hörmət etmiş olursunuz. Əmin ola bilərsiniz ki, sizin atdığınız addım ən azından dövlətə və dövlətçiliyə xidmət edəcək qədər qiymətləndiriləcək.

DOSYE.ORG

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134297

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031