“Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək” – Yadigar Sadıqlı

09.10.2019 - 12:56

2869bb55-9774-47a3-a66c-afe5977b68e8Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı partiyanın sabiq başqanı İsa Qəmbərin Arif Hacılıya səs verəcəyini açıqlamasına münasibət bildirib.

Y.Sadıqlı İ.Qəmbərin mövqeyindən təəssüfləndiyini bildirib: “Namizədliyimi bəyan edəndə gördüm ki, insanlar Müsavat Partiyasını sevir, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istəyir. Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir. Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavat Partiyasının tarixində tamamilə yeni bir səhifə açacaq. Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür”.

O qeyd edib ki, bununla belə, sona qədər namizəd olacaq: “Mübarizə aparıb qalib gəlməyə çalışacam. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmazsa “bacardığımı etdim” deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, “bəlkə…” sualı qarşısında əzab çəkmək istəmirəm. İsa bəyin mövqeyi mənim üçün gözlənilməz olmadı”.

Xatırladaq ki, Müsavat Partiyasının qurultayının oktyabrın 12-də keçirilməsi planlaşdırılır. Partiyanın başqanı vəzifəsinə hazırki başqan Arif Hacılı, partiya Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134300

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen    
 123456
78910111213
14151617181920
21222324252627
28293031