Azərbaycanda böyük şirkət parçalanır

15.10.2019 - 10:07

3377680Azərbaycanın böyük tikinti şirkətlərindən sayılan «Qaradağ Tikinti Quraşdırma» ASC parçalınır.

Fed.az xəbər verir ki, şirkətin əsas səhmdarı öz payını və əmlakını da götürərək şirkəti tərk etməyə hazırlaşır. Hazırda bu parçalanma nəticəsində şirkətdə tərəflərə çatacaq payların həcmi və səhmlərin bölgüsü müzakirə edilir.

“Qaradağ Tikinti Quraşdırma” ASC səhmdarlarının nəzərinə! “Qaradağ Tikinti Quraşdırma” ASC səhmdarlarının ümumi yığıncağı 26 noyabr 2019-cu il saat 15.00-da Qaradağ rayonu, Salyan şosesi 29-cu kilometr, 4 nömrəli ünvanda cəmiyyətin inzibati binasında keçiriləcəkdir. İclasın gündəliyi:

1. Cəmiyyətin səhmdarlarının 20 sentyabr 2019-cu il tarixli yığıncağının qərarına uyğun olaraq əsas vəsaitlərin inventarlaşdırılması, müstəqil auditorun rəyinin, maliyyə-təsərüffat fəaliyyətinin müzakirəsi.

2. Əsas səhmdarın müraciəti ilə “Qaradağ Tikinti Quraşdırma” ASC-nin əmlakından ayrılaraq bölünməsi məsələsinin müzakirsi.

3. “Qaradağ Tikinti Quraşdırma” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölünmə balansına uyğun olaraq əsas səhmdar və cəmiyyət arasında bölünməsi məsələsinin müzakirəsi.

4. “Qaradağ Tikinti Quraşdırma” ASC-nin əmlakının, hüquq və öhdəliklərinin bölgüsü ilə əlaqədar tərtib olunmuş bölünmə balansını və təhvil-təslim aktını imzalamaq səlahiyyətinin cəmiyyətin sədrinə həvalə edilməsi məsələsinin müzakirəsi.

5. Əsas səhmdarın “Qaradağ Tikinti Quraşdırma” ASC-dən ayrılması ilə əlaqədaar cəmiyyətin nizamnamə kapitalının həcminin və səhmdarların nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.

6. Əsas səhmdarın “Qaradağ Tikinti Quraşdırma” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin dövriyyədən çıxarılacaq səhmlərinin miqdarının müəyyən edilməsi.

7. Əsas səhmdarın “Qaradağ Tikinti Quraşdırma” ASC-dən ayrılması ilə əlaqədar cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin müzakirəsi.

8. “Qaradağ Tikinti Quraşdırma” ASC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi məsələsinin müzakirəsi Əlaqə telefonu – (050) 255-84-94.

Xatırladaq ki, iki ay bundan əvvəl “Qaradağ Tikinti Quraşdırma” ASC səhmdarları vergi öhdəliklərinin və müflis elan olunmasına dair müzakirələr etmişlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134568

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930