cumhuriyyet.net
Naxçıvanda maşınla vurulan qadın öldü • Cumhuriyyət
Oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub. Daxili İşlər Nazirliyindən “Cümhuriyyət”ə bildirilib ki, nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 15-də orada ölüb. Babək rayon Polis Şöbəsində araşdırma aparılır.
nesimi