Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxunub

17.10.2019 - 17:46

ad91a946-fe4e-460e-a28b-4dec2c817627Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Aslan Qasımov, Elnur Aslanov, İmamverdi Həsənov, Sahib Həsənbəyliyə və Familə Vəliyevayanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənova 7 il, Familə Vəliyevaya 5 il, Sahib Həsənbəyliyə 2 il həbs cəzası verilib.

Qeyd edək ki, hadisə bu il aprel ayında baş verib. Xətai rayon Polis idarəsinə müraciət edən şəxs fərdi yaşayış evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib. Cinayəti törətməkdə təqsirləndirilən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunan – Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər. Daha sonra dəstənin digər üzvü olan F.Vəliyeva saxlanılıb.

Zərərçəkmiş Ş.Hüseynova məhkəmədə bildirib ki, evindən 374 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. O deyib ki, təqsirləndirilən Familə Vəliyeva vaxtilə onun evində işləyib, etibarını qazanıb, sonra da belə bir iş görüb.

Cinayət işinin materiallarında da iddia olunur ki, Familə digər dörd nəfərə Ş.Hüseynovanın evinin harada yerləşməsi, mənzildəki pul və qızıllar barədə məlumat verib, onları yönləndirib.

Təqsirləndirilən F.Vəliyeva isə ittihamı qəbul etməyib. O bildirib ki, Ş.Hüseynova ilə şərikli obyekti var və qadın onu həbs etditmək istəyir.

Təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli-miqdarda oğurluqda təqsirlıi biliniblər.

Qeyd dək ki, zərərçəkmiş şəxs 40 saylı notariat kontorunun rəhbəridir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134834

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930