Azərbaycanlı futbolçunun qətldə təqsirləndirilən atasına hökm oxunub

29.10.2019 - 17:38

mehkemeBakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən, Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadını namus üstündə öldürdüyünü bildirib.

O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb.

Yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.

Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, mərhumun oğlu Nurlan Novruzov “Səbail”, “Bakı”, “Zirə” kimi klublarının oyunçusu olub. O, həmçinin Türkiyə klublarında da forma geyinib.

N.Novruzov 2014-2015-ci il mövsümündə “Bakı”nın heyətində 15 qol vuraraq Azərbaycan çempionatında bombardiri olub.

Hazırda isə Moldovanın “Dinamo-Avto” klubunda karyerasını davam etdirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135471

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930